Cəmiyyətin həyatında mühüm rola malik YAP alternativi olmayan siyasi qüvvədir
Tarix: 22.11.2013 | Saat: 14:19:00 | E-mail | Çapa göndər


Qəbələ rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü münasibətilə tədbir keçirilib.Rayon icra hakimiyyətinin, idarə və təşkilatların rəhbərləri, partiyanın fəal üzvləri əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzüblər. Mərasimdə YAP rayon təşkilatının idarə heyətinin üzvləri, ərazi partiya təşkilatlarının sədrləri, gənclər, habelə ictimaiyyətin nümayəndələri iştirak ediblər.
YAP rayon təşkilatının sədri Abil Ağasəfov bildirib ki, Yeni Azərbaycan Partiyasının banisi, ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini yenidən öz üzərinə götürməsi Azərbaycanın xilası və gələcək inkişafı yolunda taleyüklü rol oynayıb. Olduqca çətin bir şəraitdə yaranan YAP-ın çox qısa müddətdə güclü və mütəşəkkil siyasi qüvvə kimi formalaşması, minlərlə əqidəli insanın onun sıralarında birləşməsi bir daha Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir.
Partiyanın 21 ildə keçdiyi inkişaf yolu və əldə etdiyi uğurlar barədə danışan YAP rayon təşkilatının sədri ötən illər ərzində görülmüş işləri təhlil etmiş, ümummilli lider Heydər Əliyevin vaxtilə söylədiyi “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikrinin tarix tərəfindən təsdiqləndiyini diqqətə çatdırıb. O qeyd edib ki, ötən müddət ərzində partiyanın sıraları kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənib, YAP xalqın dərin məhəbbətini və dəstəyini qazanıb. Prezident İlham Əliyevin ötən 10 ildəki əzmkar fəaliyyəti Azərbaycanın misilsiz inkişafını təmin etməklə yanaşı, partiyanın cəmiyyətdəki alternativsiz qüvvə statusunu da möhkəmləndirib.
Tədbirdə çıxış edənlər YAP-ın yaranması və inkişafı tarixindən, partiyanın müasir Azərbaycanın həyatında oynadığı roldan danışıblar.
Natiqlər YAP rayon təşkilatının fəaliyyətindən də ətraflı söhbət açıblar. Qeyd olunub ki, bu gün onun sıralarında birləşən 5577 siyasi həmfikirin 3402 nəfərini kişilər, 2175 nəfərini qadınlar, 1952 nəfərini gənclər təşkil edir.
Tədbirin sonunda rayonunun ictimai-siyasi həyatında fəallığı ilə fərqlənən partiya üzvlərinə fəxri fərmanlar təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info