Yeni Azərbaycan Partiyası bundan sonra da yeni böyük zəfərlərə imza atacaq
Tarix: 22.11.2013 | Saat: 14:23:00 | E-mail | Çapa göndər


Mingəçevir şəhərində Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü münasibətilə yığıncaq keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar. Toplantıda çıxış edən Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov bildirib ki, ictimai-siyasi proseslərin kifayət qədər mürəkkəb, ziddiyyətli axarda cərəyan etdiyi bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin taleyini müəyyənləşdirən ciddi siyasi qüvvəyə çevrilib. Tarixi zərurətdən yaranan bu partiya ötən illər ərzində xalqa xidmət missiyasını şərəflə yerinə yetirib.
Bu gün YAP-ın sıralarında birləşən 600 minə yaxın partiya üzvü Heydər Əliyevin ölməz ideyalarının davamçılarıdır. YAP Mingəçevir şəhər təşkilatının sıraları da bu müddətdə dəfələrlə genişlənib, üzvlərinin sayı 540 nəfərdən 6616 nəfərə çatıb. Onların 3825-ni qadınlar, 2828-ni gənclər təşkil edir.
Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov öz çıxışında Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki mühüm rolundan, ölkəmizin dinamik sosial-iqtisadi inkişafından söz açıb, ümumi inkişaf naminə hər kəsə uğurlar arzulayıb. O bildirib ki, YAP bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir, ideyalarını yaşadır və bunun əsasında getdikcə güclənən müasir, yeni Azərbaycan yaranır. Əldə olunan böyük uğurlar, nailiyyətlər YAP-ın hər bir üzvünün qələbəsi və sevincidir. Bundan sonra da YAP Prezident İlham Əliyevin rəhbərliyi altında yeni böyük zəfərlərə imza atacaq.
Sonda partiya sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir
18.10.2019
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18.10.2019
Avropada icazəsiz aksiya təşkilatçılarını və iştirakçılarını pul cəriməsi və həbs gözləyir
18.10.2019
Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib
18.10.2019
Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info