“AzMeCo” şirkəti sərgidə ekoloji cəhətdən maraqlı layihə təqdim edir
Tarix: 22.11.2013 | Saat: 14:51:00 | E-mail | Çapa göndər


Bakı Ekspo Mərkəzində ətraf mühitin mühafizəsinə həsr olunmuş Beynəlxalq “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” (CTE 2013) Beynəlxalq Sərgisi öz işinə başlayıb.
Regionda ilk metanol zavodunun sahibi olan “AzMeCo” şirkəti də sayca 4-cü olan bu sərgidə iştirak edir.
Şirkətin ətraf mühitə və ekologiyaya diqqəti təcəssüm etdirən stendində sərginin ziyarətçilərinə “AzMeCo” metanol layihəsi, metanol iqtisadiyyatı, metanol zavodunda istehsal edilən məhsulun ekoloji cəhətdən əlverişli xüsusiyyətləri, energetik üstünlükləri haqda ətraflı məlumat verilib.
“AzMeCo” stendində təmsil olunan, şirkətin AzmECO Green Houses bölməsi ekoloji park olan AzmECO Park layihəsini hazırlaıb.
Bölmə maraqlı ekoloji bazalı landşaft dizayn layihələri yaradıb onları tam ərsəyə gətirir. Şirkətin landşaft memarı, Fikrət Şimşək müsahibəsində deyib: “AzmECO” Parkı ekoloji təməlli unikal bir layihədir. Biz bu parkda insanlar üçün həm istirahət, həm də ekologiya və ətraf mühiti qorumaq, torpaq və təbiət haqqında ətraflı məlumat almaq üçün gözəl şərait yaradacağıq. Parkda bağbanlar məktəbi, şagirdlər üçün animasiya mərkəzi və dekorativ bitkilər yetişdirilən sahələr olacaq. Həmçinin, ərazidə Azərbaycanın təbii bitkiləri olan botanika bağı da yaradılacaq”.
Qeyd olunub ki, Metanol zavodunun illik istehsal gücü 720 min tondur. Metanol zavodları kimya sənayesində ən təmiz və ekoloji cəhətdən zərərsiz istehsal hesab edilir. Unikal layihənin ümumi dəyəri 350 milyon manatdır.




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
28 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub
26.11.2020
“Gilan Holdinq” qazimizə ev verdi
26.11.2020
Üç rayonda şəhid ailələri və müharibə əlillərinə mənzil və fərdi evlər verilib
24.11.2020
Artıq hamı ev tikə bilər...
24.11.2020
Bakının məşhur “Təzə bazar“ı köçürülür

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Öküz ili bürclərə nə vəd edir?
2 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
3 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
4 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
5 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info