Siyəzəndə Xalq şairi Cabir Novruzun 80 illik yubileyi qeyd olunub
Tarix: 22.11.2013 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Siyəzən şəhər Mədəniyyət evində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Cabir Novruzun 80 illik yubileyinə həsr olunmuş “Sağlığında qiymət verin insanlara” adlı ədəbi-bədii gecə keçirilib. Tədbir şairin öz səsi ilə “Sağlığında qiymət verin insanlara” şeri ilə açılıb. Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov qonaqları salamlamış və bu əlamətdar yubiley münasibətilə Cabir Novruz yaradıcılığını sevənləri təbrik edib. Çıxışlarda qeyd edilib ki, xalqımızın illər öncə “Sağlığında qiymət verin insanlara” deyən şairinə həm sağlığında, həm də vəfatından sonra böyük qiymət verilib. Böyük şairimiz Cabir Novruzun ədəbi və ictimai fəaliyyəti həm xalqımız, həm də dövlət tərəfindən yüksək qiymətləndirilib. O, Əməkdar İncəsənət Xadimi, Xalq Şairi” fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülmüş, 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilib, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.
Tədbirdə filologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Vüqar Əhməd, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli, “Qızıl qələm” mükafatçısı, nasir, publisist Xeyrəddin Qoca, filologiya elmləri doktoru Rasim Nəbioğlu Cabir Novruzun həyat və yaradıcılığı, ictimai fəaliyyəti barədə maraqlı çıxışlar etmiş, xatirələrini danışıblar.
Diqqətə çatdırılıb ki, Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən o, yüksək bəşəri mənəvi dəyərləri tərənnüm edən şerləri ilə oxucuların dərin məhəbbətini qazanıb. Cabir Novruzun yüksək mənəviyyata səsləyən yaradıcılığı bədii gözəlliyi və rəvanlığı ilə seçilir. Şairin yaradıcılığı xalqımızda vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına mühüm xidmətlər göstərib. Onun əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanıb.
Şairin oxucularından jurnalist Reyhan Muradova, Siyəzən şəhər 1 nömrəli tam orta məktəbin ədəbiyyat müəllimi Sevil Mərdanova Cabir Novruz poeziyasının tükənməz xəzinə olduğunu bildirmiş, bundan sonra da hər zaman sevilərək oxunacağını qeyd ediblər.
Tədbirdə qeyd olunub ki, Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olub. O, həyatının bütün mərhələlərində ölkəmizdə gedən ictimai-siyasi proseslərin həmişə fəal iştirakçısı olub, xalqımızın həyatında baş verən taleyüklü hadisələrə düzgün qiymət verməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirib.
Şairin nəvəsi Səfurə Novruzlu, Siyəzən şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri şairin şerlərini səsləndirib, Xalq artisti Zaur Rzayev, müğənnilər Elza Seyidcahan, Zəka Zeynalov, Aslan Hüseynov, Günay İbrahimli və başqa müğənnilərin ifasında “Ey həyat, sən nə qəribəsən”, “Tələbəlik illəri”, “Cavanlığım” və digər mahnılar tədbir iştirakçılarına xoş anlar yaşadıb.
Tədbirin sonunda şairin oğlu Müşfiq Cabiroğlu yubiley tədbirinin təşkilinə görə təşəkkürünü bildirib, qədirbilən Azərbaycan xalqına şairin ailə üzvlərinin minnətdarlığını çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub
15.10.2019
Azərbaycan Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib
15.10.2019
“Şelkunçik” baleti Primorye səhnəsində Eldar Əliyevin quruluşunda təqdim ediləcək
15.10.2019
Timur Əsgərov “Kralın əyləncəsi” baletində baş rolda çıxış edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info