San Dieqoda Azərbaycana həsr olunmuş geniş tədbir keçirilib
Tarix: 22.11.2013 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Kaliforniyanın ikinci ən böyük şəhəri olan San Dieqoda fəaliyyət göstərən Diplomatiya Şurası tərəfindən Azərbaycana həsr olunmuş tədbir keçirilib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun dəstəyi ilə keçirilən tədbir San Dieqo Kaliforniya Universitetində baş tutub. Tədbirdə Diplomatiya Şurasının idarə heyətinin üzvləri, universitetin professorları, ekspertlər, San Dieqoda akkreditə olunmuş konsullar, şəhərin müxtəlif qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ölkəmizin zəngin mədəniyyəti, qədim tarixi, inkişafı, uğurlu neft strategiyası, fəal xarici siyasəti, bölgədə oynadığı aparıcı rol, eləcə də ABŞ ilə hərtərəfli tərəfdaşlığı barədə məlumat verib. Baş konsul Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edərək bildirib ki, bu işğal həm beynəlxalq hüququn prinsiplərinin, həm də fundamental insan haqlarının kobud şəkildə pozulmasıdır. Diplomat Ermənistanın gələcəyinin Azərbaycan ilə sülhdən birbaşa asılı olduğunu bildirərək Ermənistan rəhbərliyinin bu reallığı tez bir zamanda dərk etməli olduğunu diqqətə çatdırıb.
N.Ağayev, həmçinin ölkəmizin qədim tolerantlıq ənənələrindən danışaraq etnik və dini müxtəlifliyin Azərbaycanın sərvəti olduğunu bildirib.
Sonra tədbir əslən Azərbaycandan olan, Bakı Musiqi Akademiyasının yetirməsi, tanınmış violonçel ifaçısı Ruslan Biryukovun rəhbərlik etdiyi Los-Anceles simli kvarteti tərəfindən Ü.Hacıbəyov, Q.Qarayev, T.Quliyev və S.Hacıbəyov kimi dahi Azərbaycan bəstəkarlarının əsərlərinin ifası ilə davam edib. Kvartetin ifası sürəkli alqışlarla qarşılanıb.
Sonda tədbir iştirakçıları Azərbaycan milli mətbəxinin müxtəlif təamlarına qonaq ediliblər.




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info