Əli Məhrami: Bakı Forumu tarixin parlaq səhifəsinə çevrilib
Tarix: 22.11.2013 | Saat: 18:37:00 | E-mail | Çapa göndər


Artıq üçüncü Bakı Beynəlxalq Humanitar Forumu tarixə çevrilmişdir. Forumda İran İslam Respublikasını təmsil edənlərdən biri də Tehrandakı Fars Dili və Ədəbiyyatı Akademiyasının böyük elmi işçisi, filologiya elmləri namizədi Əli Ələsgərzadə Məhramidir.
Alim forumla bağlı müsahibəsində deyib:
-Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu yüksək təşkilatçılığı, mövzuların aktuallığı, müzakirələrin səmimiliyi, iştirakçıların nüfuzu və bir sıra digər səciyyəvi cəhətləri ilə yadda qalıb. Humanizmdən, insanlığa qayğıdan, dünyada sülh, sabitlik, tərəqqi və inkişafdan bəhs edilən elə bir beynəlxalq məkan ola bilməz ki, orada Bakı Forumu barədə müsbət fikir ifadə edilməsin. Forumun tərkibi onun məram və məqsədinə, tarixi əhəmiyyətinə dəyər verən əsas məqamlardan biridir. Əminliklə deyə bilərəm ki, böyük alimlərin, dünya siyasətində yeri və rolu olan nüfuzlu siyasətçilərin, görkəmli mədəniyyət xadimlərinin səsləndirdikləri fikir və mülahizələr, irəli sürülmüş mühakimələr dünyanın ən mötəbər tədqiqat mərkəzlərində, strateji araşdırmalar institutlarında təhlil edilir, qaldırılmış problemlərlə bağlı müvafiq qərarların qəbulu üçün yeni şanslar yaranır.
-Bəs Azərbaycanı necə gördünüz?
-2013-cü ilin Novruz bayramını Bakıda keçirmişdim. Həmin səfər də yaddaşıma yalnız xoş xatirələr - insanların mehriban münasibəti, füsunkar gözəlliklərin dadı və ləzzəti ilə yazılıb. Daha çox ictimaiyyət arasında olduğum üçün yüksək davranış, ədəb qaydalarının qorunması, insanların azad həyat tərzi, azad düşüncəsi və fikirlərini sərbəst ifadə etmələri mənə zövq verirdi. Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda isə Azərbaycan Respublikasındakı yüksək idarəetmə mədəniyyətinin, peşəkar milli mütəxəssislərin olmasının, Vətənə və dövlətə sevginin, qonağa sayğının şahidi oldum.
Mən Forum çərçivəsində Qəbələdə də oldum. Orada gördüklərim əsl nağıllar aləmi, yaddaşdan silinməyəcək gözəl təəssüratlardır. Qəbələdə Məscid və Albaniya dövlətindən yadigar olan qədim məbəd–kilsə ilə tanış oldum. İnsanlar hər iki ibadət evinə eyni sayğı, eyni müqəddəsliklə yanaşırlar. Bu, dini dözümlüyün ən yüksək səviyyəsidir. Bizi Qəbələyə aparan təyyarənin azərbaycanlı pilotunun son dərəcə ustalıqla uçuş və eniş etməsindən qürurlandım və düşündüm ki, doğrudan da Azərbaycan təkcə sosial-iqtisadi inkişafla kifayətlənmir, bütün sahələr üzrə milli kadrlarını cəmiyyətin ixtiyarına verir. Dünya şöhrətli Heydər Əliyevin görmək istədiyi Azərbaycan dövləti, indi Prezident İlham Əliyevin rəhbərliyi ilə əzəmətli bir abidə kimi qurulur. Bütün bu nailiyyətlər Heydər Əliyevin ruhunu şad edən gözəlliklərdir.




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir
18.10.2019
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18.10.2019
Avropada icazəsiz aksiya təşkilatçılarını və iştirakçılarını pul cəriməsi və həbs gözləyir
18.10.2019
Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib
18.10.2019
Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info