Bakıda Xalq Artisti Rasim Ocaqovun barelyefi açılıb
Tarix: 22.11.2013 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


Noyabrın 22-də Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ və respublika Dövlət mükafatları laureatı, Xalq Artisti Rasim Ocaqovun Bakıda vaxtilə yaşadığı binada (Hüseyn Cavid prospekti 22, 535-ci məhəllə) barelyefinin açılışı olub. Barelyefin müəllifləri Xalq Rəssamı Səlhab Məmmədov və Əməkdar Rəssam Əli İbadullayevdir.
Mədəniyyət və incəsənət xadimlərinin, ziyalıların iştirak etdiyi mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ekran həyatı verdiyi əsərləri ilə milli kino sənətimizə dəyəri töhfələr vermiş Rasim Ocaqovun mənalı ömür yolu və zəngin yaradıcılığından söz açıb.
Ə.Qarayev vurğulayıb ki, Prezident İlham Əliyevin 2013-cü il 6 avqust tarixli Sərəncamı ilə milli kino sənətimizin inkişafı və təbliği işinə dəyərli töhfələr vermiş Rasim Ocaqovun 80 illik yubileyi ölkəmizdə geniş qeyd edilir.
Bildirilib ki, 1933-cü il noyabrın 22-də dünyaya göz açan Rasim Ocaqov orta məktəbi başa vurduqdan sonra 1951-1956-cı illərdə Moskvada Kinematoqrafiya İnstitutunda təhsil alıb. Daha sonra M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. 1956-cı ildən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən ömrünün sonunadək quruluşçu rejissor işləyib.
Nazir deyib ki, Rasim Ocaqov həm operator, həm də rejissorluq peşəsində xarakterlər ustası olduğunu çəkdiyi ekran əsərlərində dəfələrlə sübut edib. Onun bütün filmlərində dramaturq, rejissor, bəstəkar ideyalarının kompleksləşmiş əksi aktyor ifaçılığında özünü aydın göstərmiş, milyonların rəğbətini qazanıb.
Tədbirdə Xalq Artisti Eldar Quliyev və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev Azərbaycan kino sənətinin inkişafında əvəzsiz rol oynamış, ömrünün 50 ilini kinematoqrafiyaya həsr etmiş Rasim Ocaqovun sənət dünyasından, kino sahəsindəki xidmətlərindən, yaratdığı dəyərli ekran əsərlərindən söhbət açıb, onun həyatından maraqlı məqamlara toxunublar.
Vurğulanıb ki, R.Ocaqov rejissor kimi milli kinomuzun bədii salnaməsini yaradıb. Onun filmlərinin üstünlüyü ondadır ki, R.Ocaqov üçün mövzu məhdudiyyəti olmayıb. Tarixi filmdə də, psixoloji dram janrında da eyni ciddiyyətlə çalışıb. Ölməz sənətkarın yaradıcılığının əsas qayəsi insanın mənəviyyatını, psixologiyasını, həyatdakı mövqeyini ekranda dəqiq xarakterizə etmək və müasirlərinin mənəvi keyfiyyətlərini təhlil obyektinə çevirməkdən ibarət olub.
Vurğulanıb ki, R.Ocaqov “Ad günü”, “Bağlı qapı”, “Özgə ömür”, “Park”, “Ölsəm bağışla”, “Həm ziyarət, həm ticarət”, “İstintaq” və digər filmlərində müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən mənfi hallara göz yummamağa çağırır, “Təhminə”, “Otel otağı” kimi son ekran əsərlərində ciddi mövzulara toxunur, yenə də insanın ətraf aləmə münasibətindən söhbət açırdı.
Sənətkarın ailəsi adından çıxış edən Altay Həsənov R.Ocaqovun xatirəsinə göstərilən hörmət və ehtirama görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib.




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub
15.10.2019
Azərbaycan Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib
15.10.2019
“Şelkunçik” baleti Primorye səhnəsində Eldar Əliyevin quruluşunda təqdim ediləcək
15.10.2019
Timur Əsgərov “Kralın əyləncəsi” baletində baş rolda çıxış edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info