Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin üçüncü plenumu
Tarix: 22.11.2013 | Saat: 20:50:00 | E-mail | Çapa göndər


Noyabrın 22-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin (MİHİ RK) qurumun 2013-2017-ci illər üzrə fəaliyyətinin Əsas İstiqamətlər Konsepsiyasına müvafiq olaraq MİHİ şəhər, rayon və ilk həmkarlar ittifaqı komitələri tərəfindən sahə və ərazi sazişlərinin, kollektiv müqavilələrinin bağlanması və icrası, xidmətdə olan müəssisə və təşkilatlarda əməyin mühafizəsi komissiyalarının və ictimai müvəkkillərin fəaliyyəti, teatr-tamaşa müəssisələrində işə götürənlərlə işçilər arasında bağlanan fərdi əmək müqavilələrinin vəziyyətinə dair üçüncü plenumu keçirilib.
Tədbiri açan MİHİ RK-nın sədri Cəmilə Səttarova ötən plenumdan indiyədək komitənin fəaliyyəti haqqında məlumat verib. O deyib ki, MİHİ RK Baş Kollektiv Sazişin müddəalarını əsas götürərək əməli fəaliyyətində sosial dialoq məsələlərinə böyük önəm verir.
C.Səttarova deyib: “2000-ci ildən başlayaraq sosial tərəfdaşımız olan Azərbaycan Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə ittifaq üzvlərinin əmək şəraitinin, sosial-iqtisadi mənafelərinin müdafiəsi və təminatlarının yaxşılaşdırılmasına yönəlmiş ikitərəfli sahə sazişləri imzalanmaqdadır. Son 10 ildə ölkədə baş verən məqsədyönlü hüquqi, iqtisadi və sosial proseslər bağlanmış sazişlərin icrası üçün əlverişli imkanlar yaradıb. Bu illər mədəniyyət, incəsənət, turizm və idmanla bağlı məsələlərə diqqət artırılıb, bir sıra tədbirlər həyata keçirilib. İcra müddəti ərzində sazişlərin bütün bölmələr üzrə qəbul edilmiş öhdəlikləri ümumən yerinə yetirilib, tərəflər arasında heç bir mübahisəli məsələ olmayıb, onlara dəyişiklik və əlavələrin edilməsi zərurəti yaranmayıb. Həmin dövrdə mədəniyyət və incəsənətin, idmanın inkişafındakı xidmətlərinə görə yüzlərlə insan fəxri adlara, Prezident təqaüdünə və Prezident mükafatına layiq görülüblər”.
MİHİ RK-nın sədri bildirib ki, ötən ilin oktyabrında keçirilmiş XVII konfransda ölkədə baş verən müsbət dəyişikliklər və iqtisadiyyatda əldə edilən uğurlu inkişafı nəzərə alaraq 2013-2017-ci illər üzrə MİHİ-nin fəaliyyətinin Əsas İstiqamətləri Konsepsiyası qəbul edilib. Məqsəd növbəti 5 il ərzində təşkilati və nizamnamə fəaliyyətinin gücləndirilməsi, ittifaqın fəaliyyətinin müasirləşdirilməsi, sosial dialoqun inkişaf etdirilməsi, ittifaq üzvlərinin sosial-iqtisadi mənafelərinin və hüquqlarının müdafiəsi, əməyin təhlükəsizliyi və sağlamlığın mühafizəsi istiqamətindəki fəaliyyətin daha da gücləndirilməsi olub.
C.Səttarova, həmçinin əlavə edib ki, hər ilin sonunda ərazi sazişləri və kollektiv müqavilələr bağlanarkən Respublika Komitəsinin mövqeyini əks etdirən tövsiyələr hazırlanmış, MİHİ-nin şəhər, rayon və ilk həmkarlar ittifaqı komitələrinə göndərilib.
Araşdırmalar zamanı bəzi nöqsanların da aşkar edildiyini bildirən MİHİ RK-nın sədri bəzi hallarda işçilərin “İşə davamiyyət” və “İş yerinin müvəqqəti tərk edilməsi” haqqında qeydiyyat kitabları açılmayıb, bir sıra müəssisə və təşkilatlarda əmək qanunvericiliyinə ictimai nəzarət zəif təşkil edilib və işçilərin dövrü olaraq dispanserizasiyadan keçirilməsi təşkil olunmayıb.
Növbəti ildə nöqsanların aradan qaldırılacağına ümid etdiyini bildirən C.Səttarova MİHİ RK tərəfindən komitənin Gəncə, Mingəçevir şəhər, Şəki, Zaqatala, Qax, Goranboy, Samux, Göygöl və Daşkəsən rayon komitələrinin fəaliyyətinin araşdırıldığını vurğulayıb. Respublika Komitəsinin tövsiyələrinə və tələblərinə müvafiq olaraq adı çəkilən şəhər və rayon komitələri tərəfindən xidmətdə olan müəssisə və təşkilatlarda əmək qanunvericiliyinə düzgün riayət olunması və əməyin texniki təhlükəsizliyi üzrə komissiyalar, azsaylı müəssisələrdə isə ictimai müvəkkillər müəyyən edilib.
Daha sonra plenumda MİHİ Gəncə şəhər komitəsinin sədri Sahib Axundovun, Yevlax rayon komitəsinin sədri Zöhrə Adıgözəlovanın, Goranboy rayon komitəsinin sədri Nizami Abdullayevin, Daşkəsən rayon komitəsinin sədri Mətanət Abdullayevanın, Zaqatala rayon komitəsinin sədri Sona Qazıyevanın, Dövlət Gənc Tamaşaçılar Teatrının həmkarlar ittifaqı komitəsinin sədri İlham Əsədovun, Dövlət Opera və Balet Teatrının həmkarlar ittifaqı komitəsinin sədri Hafiz Quliyevin çıxışları dinlənilib.
Sonda MİHİ RK-nın üçüncü plenumunun qərarı qəbul edilib.




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info