Azərbaycanlı gənclər İstanbulun tarixi məkanlarını ziyarət ediblər
Tarix: 25.11.2013 | Saat: 14:14:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, İstanbulda azərbaycanlı futbol azarkeşlərinin iştirakı ilə keçirilən Beynəlxalq “Alfa Fənərbaxça” layihəsi davam edir.
“İrəli” İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları noyabrın 24-də İstanbulun tarixi məkanlarını gəziblər.
Əvvəlcə iştirakçılar Sultan Əhməd məscidində olublar. Onlara məlumat verilib ki, 1609-1616-cı illərdə sultan I Əhmədin əmrinə əsasən tikilən məscidin memarı məşhur Sədəfkar Mehmet Ağa olub. Məscidin interyeri mavi, yaşıl və ağ rənglərlə, yarımqübbələrin və böyük qübbənin içi mavi rənglə boyanıb. Avropalılar məscidi “Mavi Cami” adlandırmışlar və 1934-cü ildən Ayasofya muzeyə çevrildiyi üçün bura İstanbulun əsas məscidi olub.
Qübbəsinin hündürlüyü 43 metr olan məscidin, diametri 23,5 metrdir. Məscidin içərisi 200-dən artıq rəngli şüşə ilə işıqlandırılır. Əhatəsindəki tikintilərlə birlikdə böyük ərazini əhatə edən Sultan Əhməd məscidi Türkiyənin altı minarəli ilk məscididir.
Sonra azərbaycanlı gənclər Ayasofya muzeyində olublar. Bildirilib ki, inşasına 532-ci ildə başlanan Ayasofyanın tikintisində üçün Efesdəki Diana məbədindən gətirilmiş səkkiz ədəd qırmızı porfir sütundan istifadə olunub. Tikintidə dünyanın məşhur Əyriboğaz adasından açıq yaşıl, Əlcəzairdən sarı, cənub-qərbi Anadolundan gətirilmiş qırmızı mərmərdən istifadə edilib. Ayasofyanın tikintisi 5 il 11 ay 10 gün davam edib. Hündürlüyü 55,60, eni 31,36 metr olan və dövrün möcüzəsi adlandırılan muzeyin qübbəsi eni 1,1 metr olan 40 dirəyə söykənib. Abidənin ağırlığını 40-ı aşağıda, 67-si yuxarıda olmaqla 107 sütun saxlayır, açılan 40 pəncərə onun tam işıqlandırır.
Sonda iştirakçılar Yerebatan muzeyini ziyarət ediblər. Qonaqlara muzeyin tarixi barədə məlumat verilib və layihə iştirakçıları buradan xoş təəssüratlarla ayrılıblar.
Qeyd edək ki, layihə çərçivəsində iştirakçılar “Fənərbaxça” futbol klubunun təlim-məşq bazasında olacaq və rəhbərliklə görüşəcək, komandanın hazırlıq prosesini izləyəcəklər.




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
28 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub
26.11.2020
“Gilan Holdinq” qazimizə ev verdi
26.11.2020
Üç rayonda şəhid ailələri və müharibə əlillərinə mənzil və fərdi evlər verilib
24.11.2020
Artıq hamı ev tikə bilər...
24.11.2020
Bakının məşhur “Təzə bazar“ı köçürülür

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Öküz ili bürclərə nə vəd edir?
2 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
3 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
4 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
5 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info