Qısametrajlı filmlər festivalının on birinci payız mövsümü
Tarix: 25.11.2013 | Saat: 15:43:00 | E-mail | Çapa göndər


Noyabrın 25-dən “YARAT!” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “28 Cinema”da dünyanın ən böyük “Future Shorts” qısametrajlı filmlər festivalının on birinci payız mövsümünün filmləri nümayiş etdiriləcək.
“YARAT!” Müasir İncəsənət Məkanından bildiriblər ki, hazırda festivalın tamaşaçıları dünyanın 6 qitəsinin 90 ölkəsində və 325 şəhərində yaşayırlar.
Mövcudluğunun 10 ilində festivalın təşkilatçıları peşəkarların və həvəskarların Monqolustan və Qazaxıstan da daxil olmaqla, Finlandiyadan Mexikoyadək ərazini əhatə edən ən böyük şəbəkəsini yaratmağı bacarıblar. Hər il nümayişlərdə qısametrajlı filmlərin təxminən 40 min pərəstişkarı iştirak edir. Lakin təşkilatçıların planları daha irəliyə doğru uzanır.
Festivalın payız proqramına 70 beynəlxalq mükafat, Lilldə Avropa Kino Festivalının mükafatını və Brüssel Qısametrajlı Filmlər Festivalında Qran-pri almış “Amar” (rejissor Endryu Hinton, Hindistan, 2011), “Rəngli film” (rejissor Meqan o`Hara, ABŞ, 2008) sənədli filmləri, “Lal axan çay” (rejissor Anja Miruna Lazareçu, Almaniya-Rumıniya, 2011) dramı daxildir.
Proqrama, həmçinin “Whateverest” (rejissor Kristofer Borqli, Norveç-Danimarka, 2012) sənədli filmi, “A Distracai de İvan” (rejissor Cavi Borces, Qustavo Melo, Braziliya, 2009) dramı, “Bonfeather” (rejissor Natan Qillis, Kallum Patterson, Kanada, 2009) animasiya filmi və BAFTA mükafatını almış “Voyage D`Affaires” (rejissor Şon Ellis, Fransa, 2008) komediyası daxil edilmişdir.
Bakıda filmlərin nümayişi “28 Cinema”nın dəstəyi ilə dekabrın 1-dək saat 19:30-da olacaq.
Biletlər “28 Cinema”nın kassalarında satılır.




 
Bölməyə aid digər xəbərlər
29.11.2020
Gələn ilin əvvəlindən övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq
28.11.2020
“LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil
27.11.2020
28 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub
26.11.2020
“Gilan Holdinq” qazimizə ev verdi
26.11.2020
Üç rayonda şəhid ailələri və müharibə əlillərinə mənzil və fərdi evlər verilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
2 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
3 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
4 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
5 “Ezo gəlin” şorbası necə bişirilir?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info