Seyid Yəhya Bakuvi və Xəlvətilik” mövzusunda beynəlxalq simpozium işə başlayıb
Tarix: 25.11.2013 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


Noyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində “Qafqazdan Anadoluya mədəniyyət körpülərimiz: Seyid Yəhya Bakuvi və Xəlvətilik” mövzusunda beynəlxalq simpozium işə başlayıb.
Tədbir Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Qafqaz Universiteti və Qafqaz Universitetləri Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Simpoziumun açılış mərasimi DQİDK-nın təşəbbüsü ilə çəkilmiş “Əbədi işığın abidəsi: Şamaxı cümə məscidi” filminin nümayişi ilə başlayıb.
Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladaraq son 200 ildə Azərbaycan ilə Türkiyənin bir-birinə indiki qədər yaxın olmadığını, bu gün iki qardaş ölkənin daha da yaxınlaşması üçün böyük tarixi şans yarandığını bildiriblər.
Diqqətə çatdırılıb ki, ötən ay Parisdə UNESCO-nun mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü və Dövlət Komitəsinin təşkilatçılığı ilə Seyid Yəhya Bakuviyə həsr edilmiş beynəlxalq simpozium keçirilib. “Seyid Yəhya Bakuvi: Tolerantlığın ifadəsi” adlı simpozium Heydər Əliyev Fondunun təşəbbüsü ilə UNESCO tərəfindən 2013-cü ilin “Bakuvi ili” elan edilməsi ilə əlaqədar komitə tərəfindən keçirilmiş 30-dan artıq silsilə tədbiri beynəlxalq müstəviyə çıxarıb.




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub
15.10.2019
Azərbaycan Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib
15.10.2019
“Şelkunçik” baleti Primorye səhnəsində Eldar Əliyevin quruluşunda təqdim ediləcək
15.10.2019
Timur Əsgərov “Kralın əyləncəsi” baletində baş rolda çıxış edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info