Tələbə gənclərimiz Qırğızıstanda
Tarix: 25.11.2013 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


Cari ilin 20—21 noyabr tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov, ATGTİ-nin TGT-lərlə iş departamentinin direktoru Həbibə Sadıqlı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatının (AzMİU TGT) sədri Asif Səfərli və Bakı Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatının (BANM TGT) sədri Rəvan Adilov Azərbaycan Qırğızıstan II gənclər Forumunda iştirak edib.
Qeyd edək ki, forum iştirakçıları dövlət qurumları, gənclər təşkilatları və tələbə təşkilatları olaraq üç qrupa bölünüblər. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı-nın mətbuat katibi Hüseyn İsmayılovun məlumatına görə, ATGTİ nümayəndələri forum çərçivəsində tələbə təşkilatları qrupunda fəaliyyət göstərib və qırğızıstanlı tələbə-gənclərlə fikir mübadiləsi aparıblar. Qrup işləri çərçivəsində hər iki ölkədə həyata keçirilən gənclər siyasəti müzakirə edilib, mövcud durum qiymətləndirilib və gələcək birgə fəaliyyət perspektivləri barədə təkliflər verilib.
Nəzərinizə çatdırırıq ki, Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin rəhbəri olduğu azərbaycanlı nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə, İrəli ictimai birliyinin sədri Rauf Mardiyev, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova və Azərbaycan Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov təmsil olunublar.





 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


25.08 15:25
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info