Elşad İskəndərov: “Dövlət qeydiyyatında olmayan dini icmaların fəaliyyəti mümkün deyil”
Tarix: 25.11.2013 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


"Bakı şəhəri Yasamal rayonundakı "Məşədi Dadaş" məscidinin partladılmasına, o cümlədən məscidin axundu Şahin Həsənova qarşı sui-qəsdə cəhdlə bağlı hələlik istintaq gedir. İstintaqın davamını gözləməliyik. Ümumilikdə, bu, çox xoşagəlməz haldır". “Palitra”nın məlumatına görə, bunu jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib.
E.İskəndərov bildirib ki, təkfirçi, hər hansı zorakılığı hüquqi sayan düşüncə tolerantlıq modelinə qarşı, eyni zamanda, Azərbaycanda mövcud olan müsbət tendesiyalara qarşı böyük təhlükədir. Bu təhlükə dünyada da öz təzahürünü tapır: "Ona görə də istər ideoloji müstəvidə, istərsə də maarifləndirmə sahəsində bu istiqamətdə bütün qabaqlayıcı tədbirlər həyata keçirilməlidir ki, belə xoşagəlməz hallar Azərbaycanda kök sala bilməsin".
Azərbaycanda radikal dini cərəyanların fəaliyyətinin qadağan edilməsi barədə səslənən fikirlərə də münasibət bildirən E.İskəndərov qeyd edib ki, belə bir mexanizm Azərbaycanda mövcuddur: "Radikal mövqedə duran və yaxud da dini, milli və irqi zəmində aşağılayıcı dünyagörüşü yayan cərəyanlar dövlət qeydiyyatına alınmır. Dövlət qeydiyyatında olmayan dini icmaların fəaliyyəti isə mümkün deyil".
Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasında insanların həlak olması məqsədilə terrorçuluq hərəkətlərinin törədilməsinə yönəlmiş hazırlığa və qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsinə görə Azərbaycan Respublikasının vətəndaşları - Mirzəyev Nəriman Xosrov oğlu və Rüstəmov Mirzəhməd Şakir oğlu şübhəli şəxs qismində tutulublar.
Məlum olub ki, Nəriman Mirzəyev, Mirzəhməd Rüstəmov və qeyriləri 2012-ci ilin aprel ayında odlu silahdan və silah qismində istifadə edilən predmetlərdən istifadə etməklə terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə partlayışların törədilməsi barədə öz aralarında razılığa gəliblər. Nəriman Mirzəyev, Mirzəhməd Rüstəmov və qeyriləri bu məqsədlə hazırda istintaqla araşdırılan yerdən və mənbədən xeyli sayda odlu silah və döyüş sursatı əldə edib, saxlayıb, daşıyıb və gəzdiriblər. Onlar Bakı şəhəri Yasamal rayonundakı "Məşədi Dadaş" məscidinin partladılması ücün dini ibadətgah ətrafında müşahidələr aparıblar. Həmçinin Nəriman Mirzəyev cinayətin törədilməsindən sonra hüquq mühafizə orqanlarının təqibindən yayınmaq, onlara qarşı silahlı müqavimət göstərmək üçün Mirzəhməd Rüstəmova Qusar rayonu ərazisindəki meşədə xüsusi gizlənc yerlərinin düzəldilməsini tapşırıb.
Hazırlıq işlərini yekunlaşdırdıqdan sonra, öz ətraflarında həmfikir toplamaq üçün Nəriman Mirzəyev İnternetdə "facebook" sosial şəbəkəsində "cihada başlamaq", o cümlədən axund Şahin Həsənovu qətlə yetirmək kimi çağırışlar edib. Lakin onlar öz iradələrindən asılı olmayan səbəblərdən planlaşdırdıqları cinayəti başa çatdıra bilməyiblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir
18.10.2019
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18.10.2019
Avropada icazəsiz aksiya təşkilatçılarını və iştirakçılarını pul cəriməsi və həbs gözləyir
18.10.2019
Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib
18.10.2019
Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info