Düzgün siyasətin nəticəsi
Tarix: 25.11.2013 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


Cavadxan QASIMOV |

AMEA Naxçıvan Bölməsi

Müstəqillik yollarında aydın sabaha və parlaq gələcəyə inamla addımlayan ölkəmiz hər keçən gün daha da qüdrətini artırmaqdadır. Əldə olunan siyasi nailiyyətlər xalqımızın tarixi mövcudluğunun təsdiqi, dövlətimizin isə milli qürurunun əsasıdır. Müasir müstəqillik tariximizin qızıl hərflərlə yazılan səhifələrində son iyirmi ilin nailiyyətləri özünü qabarıq şəkildə göstərmkdədir. Artan iqtisadi qüdrətimiz və bunun fonunda möhkəmlənən uğurlu dövlətçilik siyasəti hər addımda özünə yeni-yeni tarixi nailiyyətləri də daxil etməkdədir.
Yaradılan mükəmməl iqtisadi-hüquqi baza, nəticə etibarilə müstəqilliyimizin də hərtərəfli təhlükəsizliyinə dayaq olmaqla, ölkəmizə dünya miqyasında, beynəlxalq aləmdə böyük nüfuz gətirmiş, milli varlığımızın təminatını daha da etibarlı etmişdir. Son illərin inkişaf xronikasına diqqət edərkən açıq şəkildə aydın olur ki, ölkəmiz dünyanın ən etibarlı, ən sadiq, ən güvənirli tərəfdaşına çevrilib və çox mühüm tədbirlərin keçirilməsində böyük inam və etimad qazanıb. Əsasları ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu yüksək etimad öz başlanğıcını 1994-cü ildə bağlanan tarixi “Əsrin müqaviləsi”ndən götürüb. Bütövlükdə dünyanın diqqətini, marağını özünə cəlb etməyi bacaran həmin nailiyyət sonrakı mərhələlərdə də dövlətimiz üçün çox əhəmiyyətli olan və strateji mahiyyət daşıyan tədbirlərin axarına çevrildi.
Bu dövrə qədər ölkəmiz bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdi. Onlardan bəzilərini sadalamaq yerinə düşər: 2009-cu il 3 oktyabr tarixində Naxçıvan Muxtar Respublikasında keçirilən Türk dövlətləri başçılarının zirvə toplantısı (Naxçıvan zirvəsi), 20 dekabr 2011-ci ildə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Bakı şəhərində keçirilən və 33 ölkədən 60-a yaxın nümayəndənin iştirak etdiyi “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda beynəlxalq konfrans, 21-26 may 2012-ci ildə Bakıda "Baku Crystal Hall” konsert zalında 42 dövlətin iştirakı ilə keçirilən 57-ci "Eurovision” mahnı müsabiqəsi, 31 oktyabr 2013-cü ildə 70 ölkədən 800-ə yaxın qonağın iştirakı ilə Bakıda Üçüncü Beynəlxalq Humanitar Forumun öz işinə başlaması və s. Bütün bunlar təbii ki, ölkəmizin dünya miqyasında artan nüfuzunu göstərməklə bərabər, həm də cənab Prezidentin uzaqgörən siyasətinin ən bariz təsdiqidir.
Elə təsadüfi deyil ki, məhz bu tədbirlərin davamı olaraq, 24 noyabr 2013-cü ildə Bakıda GT3 dünya avtomobil yarışları da keçirildi. Seçim turunda 14 beynəlxalq komanda və 30 yarış avtomobili iştirak edirdi. Avtoralli Bakıda uzunluğu 4 kilometr olan, Dövlət Bayrağı Meydanından dəniz sahili boyu xüsusi hazırlanmış yolda keçirilirdi. Bu həm də o demək idi ki, iştirakçı dövlətlərin nümayəndələri yarış başlamazdan əvvəl səslənən Dövlət Himnimzin sədaları altında birləşdilər və bir daha bizimlə olduqlarını bəyan etdilər. Həmin tarixi anda həm də sübut olundu ki, dövlətimiz hər bir humanist addıma tərəf addımlamağa hazırdır və buna qadirdir.
Bütün bunlar o deməkdir ki, ölkəmizdə müəyyən olunan siyasət müasir dünyanın tələbləri və gerçəklikləri ilə yaxından səsləşir, qəbul olunur və dəstəklənir. Bu isə təbii ki, Azərbaycan adlı dövlətimizin müdrik ideyalardan bəhrələnməklə, bütün dünyada sülhün, əmin-əmanlığın, xoş və səmimi məramların carçısı olması kimi qəbulundan xəbər verməkdədir. Təsadüfi deyil ki, dünyanın böyük dövlətləri də uğurlarımızı etiraf edir. ABŞ Prezidenti Barak Obamanın İlham Əliyevə ünvanladığı təbrik məktubundakı fikirlər bunu təsdiq edir: ”Biz, bu müddət ərzində Azərbaycanın əldə etdiyi uğurlu iqtisadi və sosial tərəqqini alqışlayırıq”.
Bu tərəqqi isə öz-özünə baş verməyib, aparılan düzgün daxili və xarici siyasətin nəticəsidir.




 
Müəllifin son yazıları

05.01.2018 Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxış imkanlarını asanlaşdıran yol
25.07.2017 Azərbaycan iqtisadi inkişafin yeni mərhələsində
25.01.2016 Naxçıvanda ötən il istehsal olunan sənaye məhsulunun 96 faizi özəl sektora məxsusdur
09.07.2015 Son ildə Naxçıvanda ixracın həcmi artıb
23.01.2015 Qarşıda bizi çox nailiyyətlər gözləyir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
4 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
5 Rusiya turizm sektoru iyunun 1-dən karantindən mərhələlərlə çıxmağa başlayacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info