Bakıda “Sirli hərflər“ xəttatlıq sərgisi açılıb
Tarix: 25.11.2013 | Saat: 19:54:00 | E-mail | Çapa göndər


Bakı Rəsm Qalereyasında "Sirli hərflər" xəttatlıq sərgisi açılmışdır.
Sərgidə Türkiyədə yaşayan soydaşımız, xəttat Gülhan Beydemirin əsərləri nümayiş olunur.
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyindən (İB) bildiriblər ki, sərginin açılış mərasiminə ziyarətçilər, sənət və elm adamları, Türkiyədən gəlmiş qonaqlar, İB-nin üzvləri, eləcə də KİV təmsilçiləri iştirak ediblər.
Bakı Rəsm Qalereyasının rəhbəri Eldəniz Babayev sərginin Seyid Yəhya Şirvaninin (Bakuvi) vəfatının 550 illiyi münasibətilə keçirilən tədbirlər silsiləsindən olduğunu diqqətə çatdırıb. O, belə bir sərginin məhz Seyid Yəhya Bakuvinin Şirvanşahlar sarayındakı türbəsinin yaxınlığında, İçərişəhərdə keçirilməsinin təsadüf olmadığını bildirib.
Mərasimdə çıxış edən Qafqaz Universitetinin Qafqaz Araşdırmaları İnstitutunun direktoru, Seyid Yəhya irsinin yorulmaz tədqiqatçısı, dosent Mehmet Rıhtım UNESCO-nun yubileylər proqramı çərçivəsində Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyinin qeyd olunmasını, Bakuvi irsinə diqqətin artmasını əlamətdar hadisə kimi qiymətləndirib. Alim azərbaycanlı xəttat Gülhan Beydemirin öz işinin mahir ustası adlandırıb. O, sərgidə nümayiş olunan ərəb əlifbası ilə yazılmış əsərlərin bəzisini ziyarətçilər üçün səsləndirib.
M.Rıhtım diqqətə çatdırıb ki, Gülhan Beydemirin xəttatlıq əsərləri burada nümayiş olunandan qat-qat çoxdur və xəttatın Bakının Qala kəndindəki evində saxlanılır. G.Beydemir elə həmin evdə xəttatlıq işlərinin muzeyini yaratmaq arzusundadır. M.Rıhtım müvafiq qurumların bu işdə G.Beydemirə dəstək olacaqlarına ümid etdiyini söyləyib.
Fəlsəfə doktoru Firudin Qurbansoy ərəb əlifbasının dünyanın bütün əlifbalarından öz gözəlliyi ilə seçildiyini vurğulayıb. Onun sözlərinə görə, xəttatlıq sənətini yaşadan həm də Gülhan Beydemir kimi usta sənətkarların məharətidir.
Tədbirdə xəttat Gülhan Beydemir çıxış edərək sərginin ziyarətçilərinə təşəkkürünü bildirib. Müəllif Seyid Yəhya Şirvani irsi ilə bağlı öz sözünü əsərləri vasitəsilə dediyini vurğulamış və tamaşaçıları yaradıcılıq nümunələri ilə tanış edib.
Sərgini təşkil edən “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli məlumat vermişdir ki, sərgi rəhbərlik etdiyi İB-nin, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Türkiyə Cümhuriyyəti Başbakanlık Tanıtma Fondunun, ”Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu” İctimai Birliyinin, Qafqaz Universitetinin Qafqaz Araşdırmaları İnstitutunun, Azərbaycanda Atatürk Mərkəzinin, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin, Türkiyənin Beynəlxalq İnkişaf və Əməkdaşlıq Təşkilatının, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin birgə dəstəyi ilə keçirilir.
Sərgidə xəttatın “Ya Həzrəti Piri-sani Seyid Cəmaləddin Yəhya əş-Şirvani əl-Bakuvi”, “Yəhya Şirvani”, “Xəlvətiyyə silsiləsi”, “Seyid Cəmaləddin Şirvani”, “Şeyx Nizami Gəncəvi”, “Səmazən”, “Məhəmməd Füzuli” və digər əsərləri nümayiş olunur.
Noyabrın 25-26-da Bakıda Qafqaz Universitetində keçirilən sərgi Beynəlxalq Seyid Yəhya Bakuvi və Xəlvətilik simpoziumu günlərində də davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
22.10.2020
Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
21.10.2020
“Geri dönüş” adlı kompozisiya hazırlanıb
20.10.2020
Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
20.10.2020
Erməni əsilli aktrisadan Azərbaycana dəstək…
18.10.2020
“Azərbaycan rüzgarı” yenidən Türkiyə ekranlarında

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
2 Narşərab salatı
3 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
4 Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur
5 Xudatda əsgər ailələrinə yardım paylanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info