Viktor Yanukoviç xalqa müraciət edib
Tarix: 26.11.2013 | Saat: 23:04:00 | E-mail | Çapa göndər


Ukrayna prezidenti Viktor Yanukoviç Ukrayna xalqına müraciət edib. “RİA Novosti”nin məlumatına görə, o, Avropa yolundan Ukraynanı heç kimin döndərə bilməyəcəyini bəyan edib:
“Mən heç vaxt ölkəmin və xalqımın ziyanına addım atmayacam. Ölkə vətəndaşlarının iradəsi verəcəyim qərar üçün əsas olacaq. İstəyirəm ki, bunu hamı bilsin”. Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko isə aclıq elan edib. Timoşenko hökumətdən Avropa İttifaqı ilə assosiasiya haqqında sazişi imzalamağı tələb edib. Timoşenkonun vəkili Sergey Vlasenko Kiyevin mərkəzində keçirilən aksiyada bəyan edib ki, sabiq baş nazirin aclıq aksiyası müddətsizdir. 7 il müddətinə azadlıqdan məhrum edilən Y.Timoşenko hazırda xəstəxanadadır. Bu arada Kiyevin Avropa meydanında keçirilən aksiya zamanı bəzi deputatlar xəsarət alıb. “İnterfaks”ın məlumatına görə, bunu “Batkivşina” fraksiyasının lideri Arseniy Yasenyik deyib. “Berkut” xüsusi təyinatlıların olduğu yerdə uşaqlar, gənclər, qocalar dayanmışdı. 120 kq çəkili yekəpərlər onları əzişdirib” - deyə o vurğulayıb. Bu arada jurnalistlərə açıqlama verən Ukraynanın baş naziri Nikolay Azarov deyib ki, Moskva Kiyevə Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamağı təxirə salmağı və Rusiya-Ukrayna ticarət əlaqələrinin yaxşılaşdırılması barədə danışıqlara başlamağı tövsiyə edib. N. Azarov Rusiya ilə danışıqların dekabr ayında başlayacağını söyləyib. O, iki ölkə arasında daha öncə imzalanmış qaz sazişinin şərtlərinə yenidən baxılması ilə bağlı hələlik konkret razılığın olmadığını bildirib. N. Azarov avrointeqrasiyadan imtina müqabilində Rusiyanın Ukrayna hökumətinə kredit vəd etdiyi haqda xəbərləri də təkzib edib.




 
Bölməyə aid digər xəbərlər
19.02.2020
Dmitri Peskov İdlibdǝki vǝziyyǝti qiymǝtlǝndirib
19.02.2020
Prezident Şövkət Mirziyoyev Türkiyəyə səfərə gəlir
19.02.2020
Yanukoviç xalqa müraciət etdi: Ölkə parçalanır…
18.02.2020
Surkov prezidentin köməkçisi vəzifəsindən azad edilib
18.02.2020
Paşinyan çox narahatdır: vəziyyət uzun müddət belə davam etməyəcək

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
3 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
4 Paşinyanın referendum oyunu əks-effekt verə bilər
5 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info