Londonda Kamal Abdullanın “Yarımçıq əlyazma” romanının təqdimatı olub
Tarix: 27.11.2013 | Saat: 14:04:00 | E-mail | Çapa göndər


Londonda yazıçı Kamal Abdullanın ingilis dilinə tərcümə edilmiş “Yarımçıq əlyazma” romanının təqdimatı olub. Mərasim Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə “Waterstones” kitab evində keçirilib.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov müəllif barədə məlumat verib, onu müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olmaqla yanaşı, tanınmış ədəbi tənqidçi, ədəbiyyatşünas, dilşünas və mədəniyyətşünas alim kimi səciyyələndirib.
Qeyd edilib ki, yazıçının bu əsəri indiyədək ingilis, rus, ərəb, fransız, türk, qazax, portuqal və digər dillərə tərcümə olunmuş, dünyanın bir çox ölkəsində çap edilib.
F.Qurbanov romanın əsas mövzusu, onun aid olduğu tarixi dövrlər, Azərbaycanda cərəyan edən hadisələrdən bəhs edib, yazıçının əsərin ana qayəsini təşkil edən tarixi şəxsiyyətlər və hadisələrə yanaşma tərzi, onları öz dili ilə ifadə üslubu barədə danışıb.
Tədbirdə çıxış edən Kamal Abdulla kitabın ingilis dilində nəşrində zəhməti olanlara, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə və AAC-a təşəkkürünü bildirib, bu əsərin Birləşmiş Krallıqda nəşr olunmasına görə məmnunluğunu ifadə edib. Müəllif qeyd edib ki, bu romanın dünyanın müxtəlif ölkələrində oxucular tərəfindən Azərbaycan ədəbiyyatının bir nümunəsi kimi maraqla qarşılanması və həmin əsərdə Azərbaycanın görkəmli şəxsiyyətlərindən və tariximizin önəmli dövrlərindən bəhs olunması onun üçün xüsusi əhəmiyyət daşıyır.
Romanın tərcüməçisi Enn Tompson əsərin ingilis dilinə tərcüməsi ilə bağlı özünəməxsus məqamlara toxunub, tərcümə zamanı orijinalın keyfiyyətlərini qorumaqla Dədə Qorqud, Şah İsmayıl və müasir dövrlərə xas dil üslubuna xüsusi diqqət yetirildiyini bildirib.
Sonra müəllif oxucuları maraqlandıran sualları cavablandırmış, əsərin ədəbi-bədii keyfiyyətləri ilə bağlı müzakirələr olub.
Daha sonra romandan ingilis dilində parçalar oxunub.




 
Bölməyə aid digər xəbərlər
22.10.2020
Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
21.10.2020
“Geri dönüş” adlı kompozisiya hazırlanıb
20.10.2020
Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
20.10.2020
Erməni əsilli aktrisadan Azərbaycana dəstək…
18.10.2020
“Azərbaycan rüzgarı” yenidən Türkiyə ekranlarında

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
2 Narşərab salatı
3 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
4 Bu gündən oktyabrın 19-dək Bakıda və daha bir neçə şəhər-rayonda ictimai nəqliyyat işləməyəcək
5 Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info