“Gələcəyin mühəndisləri” ilə görüş keçirilib
Tarix: 27.11.2013 | Saat: 15:06:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) insan resursları departamentinin təlim və inkişaf şöbəsinin əməkdaşları “Gələcəyin mühəndisləri” layihəsi çərçivəsində Nizami rayonundakı 220 nömrəli məktəb-liseyin şagirdləri ilə görüş keçiriblər.
Tədbirdə insan resursları departamentinin rəisi Asif Bəkirli çıxış edərək məktəb-liseyin yuxarı sinif şagirdləri gələcəkdə mühəndislik ixtisaslarına yiyələnəcəkləri təqdirdə çox gənc yaşlarından ARDNŞ-də yüksək sosial təminatla fəaliyyət göstərməyə nail ola biləcəklərini diqqətə çatdırıb.
Məktəb-liseyin direktoru, Əməkdar Müəllim Almaz Əsgərova Dövlət Neft Şirkətinin ölkəmizin iqtisadiyyatında əvəzsiz rol oynadığını söyləyib, şirkətin gənclərə və onların təhsilinə, ixtisaslaşmasına geniş yer ayırdığını bildirib.
Departamentin əməkdaşları şagirdlərə neft-qaz, geologiya-geofizika, kimya, mexanika, kompyuter, ekologiya mühəndislikləri haqqında ətraflı məlumat vermiş və bu ixtisasların ARDNŞ üçün prioritet olduğunu söyləyiblər. Bildirilib ki, beynəlxalq səviyyədə nüfuza malik ARDNŞ-də mühəndis olmaq yüksək bilik, bacarıq, diqqət və məsuliyyət tələb edir.
Sonda təhsildə fərqlənən şagirdlərə ARDNŞ-in hədiyyələri təqdim edilib.




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info