Takano Makino: “İsmayıllı ilə imzalanmış saziş Yaponiya üçün qiymətlidir”
Tarix: 27.11.2013 | Saat: 15:10:00 | E-mail | Çapa göndər


Azərbaycanın İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında dostluq mübadiləsi haqqında sazişin imzalanması tədbirlərində iştirak etmək üçün gündoğar ölkəyə gəlmiş Azərbaycan nümayəndə heyəti noyabrın 25-də Yaponiya xarici işlər nazirinin parlamentdə təmsil olunan müavini Takano Makino ilə görüşüb.
Azərbaycanlı qonaqları Tokioda salamlamaqdan məmnun olduğunu vurğulayan nazir müavini bu əməkdaşlıq çərçivəsinin Cənubi Qafqaz regionu ölkələri ilə Yaponiya arasında tarixdə ilk olduğunu bildirib və onun əhəmiyyətini yüksək qiymətləndirib. Bu sazişin bağlanmasından məmnunluğunu ifadə edən T.Makino onun ikitərəfli münasibətlərin genişləndirilməsinə töhfəsini qeyd edib. Bildirib ki, artıq dostluq mübadiləsi çərçivəsində bu iki şəhərin məktəbliləri arasında rəsm və məktub mübadiləsi başlanıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Azərbaycanın son illərdəki nailiyyətləri barədə danışıb, bu uğurların qazanılmasında ölkədəki ictimai-siyasi sabitliyin mühüm rol oynadığını qeyd edib. Bildirib ki, son illər əldə edilən uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin böyük nüfuz qazanmasına səbəb olub və o son seçkilərdə böyük üstünlüklə rəqiblərinə qalib gələrək yenidən dövlət başçısı seçilib. Prezident İlham Əliyevin Yaponiya ilə əməkdaşlığı yüksək qiymətləndirdiyi və bunu diqqət mərkəzində saxladığı vurğulanıb.
İki dost ölkə arasında yüksək səviyyəli səfərlərin vacibliyini qeyd edən T.Makino Yaponiya müdafiə naziri müavininin cari ilin avqustunda Bakıya səfərinin xoş təəssüratlarını Azərbaycan tərəfinə çatdırıb. Azərbaycanın sürətli inkişafının Yaponiyada maraqla izlənildiyini vurğulayan nazir müavini özünün də tezliklə ölkəmizi ziyarət etmək istədiyini bildirib. Qeyd edib ki, İto və İsmayıllı şəhərləri arasında biznes, turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlıq insanlar arasında əlaqələrin inkişafı üçün yaxşı imkanlar yaradacaq.
M.Sadıqov qeyd edilən sahələrdə Yaponiya təcrübəsinin Azərbaycan üçün çox maraqlı olduğunu və bu istiqamətdə mübadilənin hər iki tərəf üçün faydalı olacağını bildirib.
Azərbaycanın dünyanın enerji təhlükəsizliyi məsələsində xüsusi rolunu vurğulayan T.Makino bu sahədə ölkəmizin Yaponiya şirkətləri ilə əməkdaşlığının yüksək qiymətləndirildiyini bildirib, eyni zamanda, iki ölkə arasında qeyri-neft və informasiya texnologiyaları sektorunda əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir
18.10.2019
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18.10.2019
Avropada icazəsiz aksiya təşkilatçılarını və iştirakçılarını pul cəriməsi və həbs gözləyir
18.10.2019
Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib
18.10.2019
Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info