ADA APSİA-nın üzvü seçilib
Tarix: 27.11.2013 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


Azərbaycan Diplomatik Akademiyası Beynəlxalq Münasibətlər üzrə Universitetlər Assosiasiyasının (APSİA) üzvü seçilib. “Palitra”nın məlumatına görə, bu barədə ADA-nın məlumatında deyilir.
Assosiasiya Şimali Amerika, Asiya və Avropada beynəlxalq münasibətlər, o cümlədən bu sahə ilə bir başa əlaqədar olan sülh, təhlükəsizlik, rifah, beynəlxalq anlaşma və s. kimi sahələr üzrə peşəkar tədrisin təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərən 60-dan çox universitet və proqramı özündə cəmləşdirir.
ADA-nın rektoru Hafiz Paşayev bildirib: "ADA-nın qarşısına qoyduğu məqsədlərdən biri də tədris etdiyi bütün proqramların beynəlxalq akreditasiya əldə etməsidir. APSİA-ya üzvlk bu istiqamətdə atılmış addımlardan biridir".
Assosiayasiyaya üzv olan digər universitetlərin rektor və dekanları adından ADA-nı təbrik edən APSİA Proqram İcraçısı Marqaret Braun üzlük nəticəsində ADA tələbələrinin dövlət quruculuğu və beynəlxalq münasibətlər üzrə əldə etdikləri bilikləri karyera inkişafı ilə əlaqələndirərək 21-ci əsrin əmək bazarının tələblərinə daha yaxşı uyğunlaşacaqlarını vurğulayıb.
Qeyd edək ki, Assosiayasiyaya üzv olan universitetlər arasında Yale Universiteti, Kolumbiya Universiteti, Corc Uaşinqton Universiteti, Conc Hopkins Universiteti və bir sıra digər nüfuzlu universitetlər var.
Tural




 
Bölməyə aid digər xəbərlər
05.12.2020
6 şəhər və rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə fərdi evlər verildi
04.12.2020
Nazirlik Xudayar Yusifzadənin ailəsi üçün ev tikəcək
03.12.2020
Azərbaycanda Uşaq Məcəlləsi hazırlanacaq
03.12.2020
İşğaldan azad olunan rayonlarda “Hədiyyə karvanı” layihəsi həyata keçiriləcək
01.12.2020
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlandı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12130

1 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
2 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
3 “LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil
4 Distant təhsilin müddəti uzadıldı - QƏRAR
5 Laçını ziyarət etmək üçün səbirsizlənirəm...- Sami Yusuf


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info