Demoqrafik problemin həlli yolları araşdırılır
Tarix: 27.11.2013 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


Noyabrın 27-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və BMT-nin Əhali Fondunun (UNFPA) birgə təşkilatçılığı ilə “Doğulan uşaqların cinsə görə nisbətinin pozulmasının səbəbləri: mövcud vəziyyətin təhlili və problemin həlli yolları” mövzusunda tədbir keçirilib.
Milli Məclisin deputatlarının, dövlət qurumlarının və ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbirdə mövzu ilə bağlı çıxışları dinlənilib.
Bildirilib ki, son illər bütün dünyada doğulan uşaqların arasında qızların sayı azalıb və bu proses davam edir. Dünyanın əhalisinin sayı artıq 7 milyarda çatıb. Lakin dünyaya gələn uşaqlar arasında qızların və oğlanların nisbəti insanları narahat edən ən vacib problem olaraq qalmaqdadır.
Statistik rəqəmlər göstərir ki, doğulan hər 100 qıza 104 oğlan düşür. Bəzi ölkələrdə, o cümlədən Çin, Vyetnam, Hindistan, Bosniya və Herseqovina, Serbiyada oğlan uşaqlarının sayı bu rəqəmdən də xeyli çoxdur. Buna səbəb kimi əksər valideynlərin ilk övladlarının oğlan olmasını istədikləri göstərilir. Ultrasəs (USM) müayinəsindən sonra qız olduğunu biləndə valideynlərin çoxu hamiləliyi dayandırmaq qərarına gəlirlər. Beləliklə, hər il dünyada 160 milyon qız doğulmadan öldürülür.
Bildirilib ki, son vaxtlar Azərbaycan, Ermənistan və Gürcüstanda doğulan oğlanların sayı qızların sayını üstələyir. İndiki demoqrafik vəziyyət artıq genefond üçün real təhlükələrdən xəbər verir.
Tədbirdə mövzu ətrafında müzakirələr aparılıb.




 
Bölməyə aid digər xəbərlər
18.11.2019
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri verilib
18.11.2019
9 rayonda şəhid ailələri və Qarabağ əlillərinə evlər verilib
17.11.2019
“Qala” qoruğunda ağacəkmə aksiyası keçirilib
16.11.2019
Məktəblilər Metronun təlim-tədris mərkəzində olublar
16.11.2019
Azərbaycanda bu şəxslər hər iş saatına görə 15 manat alacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10944

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
4 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
5 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info