Vilnüsdə Şərq Tərəfdaşlığının III Sammiti başlanıb
Tarix: 28.11.2013 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


Noyabrın 28-29-da Vilnüsdə Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət başçılarının görüşü keçirilir.
Vilnüs görüşünə Aİ üzvü olan 29 ölkənin rəhbərləri, habelə Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanın hökumət başçıları və nazirlər gəliblər.
İkigünlük görüşdə 34 ölkənin hökumət başçıları və nazirlər Şərq tərəfdaşlığı proqramının inkişaf etdirilməsi problemlərini müzakirə edəcək, onun gələcəyini planlaşdıracaqlar.
Cümə axşamı, noyabrın 28-də Prezident Dalya Qribauskayte, Aİ Rəhbərləri Şurasının sədri German Van Rompey və Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun iştirakı ilə əlaqələndirmə müşavirəsi keçiriləcək. Müşavirədə Ukraynada vəziyyət müzakirə ediləcək, Şərq Tərəfdaşlığının perspektivləri barədə ümumi mövqe razılaşdırılacaq.
Bundan əlavə, Aİ-nin bütün rəhbərlərinin əlaqələndirmə görüşünün keçirilməsi və həmin görüşdə Şərq Tərəfdaşlığı proqramının sonrakı gedişinə dair qəti qərarlar qəbul edilməsi təklif olunur.
Rəhbərlərin Vilnüs görüşünün son məqamları işgüzar nahar zamanı müəyyən olunacaq. Burada Aİ-nin 28 rəhbəri və nazirlər, Aİ ölkələrinin Rəhbərləri Şurasının, Avropa Komissiyasının və Avropa Parlamentlərinin sədrləri, habelə Şərq Tərəfdaşlığı proqramının iştirakçıları olan 6 ölkənin rəhbərləri və nazirləri iştirak edəcəklər.
Cümə axşamı başlanacaq Vətəndaş Cəmiyyəti Konfransında Şərq Tərəfdaşlığı və Avropa İttifaqı ölkələrində vətəndaş cəmiyyəti liderləri, ekspertlər və şərqçilər Avropa ölkələrində vətəndaş cəmiyyətinin üzləşdiyi çağırışları müzakirə edəcəklər.
Cümə, noyabrın 29-da Şərq Tərəfdaşlığı ölkələri ilə sazişlər imzalanacaq, plenar sessiyada 34 ölkənin liderləri və nazirləri Şərq Tərəfdaşlığı proqramının icrasında tərəqqi, onun perspektivləri və məqsədləri mövzusunda müzakirələr aparılacaq. Plenar sessiyadan sonra mətbuat konfransı keçirilməsi planlaşdırılır.
Vilnüs sammitində Aİ üzvü olan bütün ən iri dövlətlərin rəhbərlərinin, o cümlədən Almaniya kansleri Angela Merkelin və Fransa Prezidenti Fransua Ollandın iştirak etməsi gözlənilir.




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir
18.10.2019
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18.10.2019
Avropada icazəsiz aksiya təşkilatçılarını və iştirakçılarını pul cəriməsi və həbs gözləyir
18.10.2019
Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib
18.10.2019
Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info