“Azərbaycan-Pakistan Gənclər Cəmiyyəti” nəzdində Gənclər Klubu açılıb
Tarix: 28.11.2013 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


Azərbaycanın Pakistandakı səfirliyinin dəstəyi ilə bu ölkənin Preston Universitetində “Azərbaycan-Pakistan Gənclər Cəmiyyəti” (APGC) nəzdində Gənclər Klubunun açılış mərasimi keçirilib.
Mərasimdə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov, səfirliyin əməkdaşları, senator, professor Səidə İqbal, Milli Assambleyanın deputatları Asiya Naz Tanoli, Fərhanə Qəmər və Malik Şakir Avan, Preston Universitetinin rektoru, professor Abdul Basit, “Azərbaycan-Pakistan Gənclər Forumu”nun prezidenti Asif Nur, professor-müəllim heyəti, jurnalistlər iştirak ediblər.
Preston Universitetinin rektoru Abdul Basit ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə inkişaf etdiyini bildirib, xalqlarımızın qardaşlıq münasibətlərdən danışıb. Bildirilib ki, iki qardaş ölkə gənclərini birləşdirən cəmiyyətin fəaliyyəti xalqlarımız arasında əlaqələrin inkişafına təkan verəcək. Rektor Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirakı haqqında da məlumat vermiş, bu tədbirin əhəmiyyəti, Forum çərçivəsində keçilən görüşlər haqqında danışıb.
APGC-nin prezidenti Asif Nur bu ilin iyun ayında təsis olunmuş qurumun fəaliyyəti haqqında məlumat verib. O, Gənclər Klubunun Preston Universiteti ilə yanaşı Qujrat, Kayde Azam, Fatma Jinnah və Kəşmir universitetlərində, həmçinin Bakı Dövlət, Slavyan, Xəzər, Qafqaz universitetlərində və Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında da fəaliyyət göstərəcəyini vurğulayıb. A.Nur üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirakı haqqında da söhbət açıb, Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarında, universitetlərdə apardığı görüşlər barədə məlumat verib.
Daşqın Şikarov APGC-nin fəaliyyəti və Gənclər Klubunun yaradılma təşəbbüsünü təqdirəlayiq hesab edərək bildirib ki, belə layihələr ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da inkişafına xidmət edəcək. Səfir, Azərbaycan dövlətinin gənclərə qayğısından, ali təhsil almaq üçün onlara yaradılmış şəraitdən, sosial problemlərinin həlli yolunda atılan addımlardan danışıb. O, Azərbaycan gənclərinin Pakistan haqqında kifayət qədər məlumatlı olduqlarını, Bakı Dövlət Universitetində urdu dili ilə yanaşı, Pakistanın tarixi və ədəbiyyatının tədris olunduğunu da bildirib.




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


25.08 15:25
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info