Naxçıvandakı Heydər Əliyev Muzeyində açıq dərs keçirilib
Tarix: 28.11.2013 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Dövlət Universiteti (NDU) tələbələrinin iştirakı ilə “Ümummilli lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti – ölkəmizdə muzeylərin inkişafı” mövzusunda açıq dərs keçilib.
NDU-nun mətbuat şöbəsindən bildiriblər ki, açıq dərsdə universitetin arxiv işi və muzeyşünaslıq kafedrasının müdiri, dosent Məmməd Əliyev mühazirə oxunub.
Bildirilib ki, Azərbaycanda muzey işinin, muzeyşünaslığın yüksək səviyyədə inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın böyük oğlu ötən əsrin 70-80-ci illərində ölkəmizdə yeni muzeylərin yaradılması, onların bazasının möhkəmləndirilməsi məqsədi ilə mühüm tədbirlər həyata keçirib. Həmin dövrdə Azərbaycanda Muzeylər İdarəsi, Muzey İşi üzrə Respublika Elmi-Metodik Mərkəzi, Muzeylərin Bədii Tərtibatı Müəssisəsi, Muzey Sərvətlərinin və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzi fəaliyyətə başlayıb.
1969-cu ilə qədər Azərbaycanda cəmi 29 muzey fəaliyyət göstərirdisə, ümummilli liderimizin hakimiyyəti illərində ölkəmizdə 111 müxtəlif profilli muzey yaradılıb. Ulu öndər muzeylərin əhəmiyyəti barədə deyirdi: “Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır”.
Müstəqillik dövründə də ulu öndərin rəhbərliyi ilə muzey işi öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Onun təşəbbüsü ilə 1993-cü ildə muzey işçilərinin respublika müşavirəsi keçirilib, 1994-cü ildə bu müşavirənin materialları əsasında “Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qərar qəbul edilib. Ümummilli Liderimizin 2000-ci il martın 24-də imzaladığı “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarının yaradılması baxımından mühüm əhəmiyyətə malikdir.
Qeyd edilib ki, bu siyasətin davamı olaraq, müasir şəraitdə Prezident İlham Əliyev tərəfindən muzey işi sahəsində ardıcıl tədbirlər müəyyənləşdirilir. Dövlətimizin başçısının “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 2007-ci il 6 mart tarixli Sərəncamı və 2009-cu il 22 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi Tədbirlər Planı” bu sahənin hüquqi bazasının formalaşdırılmasına və ölkəmizdə muzey işinin günün tələbləri səviyyəsində qurulmasına əsaslı stimul olub. Uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilmişdir. Hazırda Azərbaycanda 200-dən çox muzey fəaliyyət göstərir.
Muxtar respublikada muzeylərin fəaliyyətinin canlandırılması, muzey şəbəkəsinin genişləndirilməsi sahəsində görülən işlər haqqında da danışan mühazirəçi deyib ki, son 18 il ərzində qədim diyarımızda yeni muzeylər yaradılıb, fəaliyyətdə olan muzeylər təmir və lazımi inventar və avadanlıqlarla təmin olunmuş, eksponatlarla zənginləşdirilib. Bu tədbirlər maddi-mənəvi sərvətlər xəzinəsi olan muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğ olunmasına şərait yaradıb. Əgər 1997-ci ilədək Naxçıvan Muxtar Respublikasında 13 muzey vardısa, hazırda qədim diyarımızda 23 müxtəlif profilli muzey və bir Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir.
Sonra açıq dərs iştirakçıları ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub
15.10.2019
Azərbaycan Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib
15.10.2019
“Şelkunçik” baleti Primorye səhnəsində Eldar Əliyevin quruluşunda təqdim ediləcək
15.10.2019
Timur Əsgərov “Kralın əyləncəsi” baletində baş rolda çıxış edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info