AMEA-nın Əlyazmalar İnstitutunda türkiyəli mütəxəssislə görüş olub
Tarix: 28.11.2013 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


Noyabrın 28-də Türkiyənin Baş Nazirliyi nəzdindəki dövlət arxivlərinin baş müdirinin köməkçisi Mustafa Budaq AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.
Qonaq institutun işi ilə tanış olmuş, şöbələri gəzmişdir.
Sonra institutun iclas zalında Mustafa Budaq ilə görüş keçirilib.
İnstitutun direktor əvəzi, filologiya elmləri doktoru Paşa Kərimov bildirmişdir ki, Türkiyə bizim tariximizə, mədəniyyətimizə aid əlyazmalarla zəngin olan ölkədir. Oradakı arxivlər bizim üçün vacib mənbədir. P.Kərimov Əlyazmalar İnstitutunun Türkiyənin müxtəlif müəssisələri, elm adamları, əlyazmalarla məşğul olan insanları ilə əlaqələrinin olduğunu söyləmiş, faydalı əməkdaşlıqdan danışıb.
Bildirmişdir ki, bu əlaqələr nəticəsində Türkiyədə saxlanılan əsərlərin ölkəmizə gətirilməsi tariximiz üçün əhəmiyyətli olacaq. Bu arxiv sənədləri əsasında tariximizin təhrif olunmuş məqamlarına aydınlıq gətirmək və əsl tariximizi üzə çıxarmaq mümkün olacaq.
P.Kərimov Mustafa Budağın Qafqaz üzrə mütəxəssislərdən biri olduğunu vurğulayaraq bildirib ki, məqsədimiz qardaş Türkiyə alimləri ilə təcrübə mübadiləsi aparmaqdır.
Sonra Yunis Əmrə İnstitutu və Yunus Əmrə Türk Mədəniyyət mərkəzlərinin fəaliyyətini əks etdirən təqdimat olub.
Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin Azərbaycandakı təmsilçisi Səriyyə Gündoğdu mərkəzin fəaliyyəti barədə məlumat verərək davamlı əməkdaşlıq edəcəklərini bildirib.
Sonra çıxış edən Mustafa Budaq dəvətə görə Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinə və AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna təşəkkürünü bildirib. O, arxivlərin mədəni dəyər olduğunu vurğulayaraq fəaliyyət göstərdiyi müəssisənin işi, özünün təcrübəsi barədə danışıb, Türkiyədə Azərbaycana dair çoxlu sənədlərin mövcud olduğunu qeyd edib.
Qeyd olunub ki, bu görüş Türkiyədən Azərbaycana dair sənədlərin əldə edilməsində, istifadəsində yeni bir mərhələnin başlanğıcı olacaq. Vurğulanıb ki, hər iki müəssisə arasında əlaqələrin genişləndirilməsi tariximizin, mədəniyyətimizin öyrənilməsinə böyük fayda verəcək.
Sonda tərəflər arasında bu sahədə təcrübə mübadiləsi məsələləri müzakirə edilib.




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub
15.10.2019
Azərbaycan Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib
15.10.2019
“Şelkunçik” baleti Primorye səhnəsində Eldar Əliyevin quruluşunda təqdim ediləcək
15.10.2019
Timur Əsgərov “Kralın əyləncəsi” baletində baş rolda çıxış edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info