Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş elmi sessiya
Tarix: 28.11.2013 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


Noyabrın 28-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Xalq Şairi Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Timuçin Əfəndiyev vətənpərvərlik duyğuları ilə zəngin Məmməd Araz yaradıcılığından danışıb, şairin yüksək bədii-fəlsəfi ümumiləşdirmələrlə səciyyələnən, dərin ictimai məzmunlu lirikasının, ana dilimizin bütün incəliklərini özündə toplamış poetik irsinin gəncliyin mədəni-mənəvi dəyərlərə ehtiram ruhunda formalaşdırılması baxımından müstəsna əhəmiyyətini vurğulayıb.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev görkəmli şairin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini nəzərə alaraq “Məmməd Arazın 80 illik yubileyi haqqında” Sərəncam imzalayıb. Bu addım yaradıcı ziyalıların, o cümlədən Məmməd Araz sənətinin və şəxsiyyətinin böyük himayədarı, ulu öndər Heydər Əliyev ənənələrinin müasir şəraitdə uğurlu davamıdır.
T.Əfəndiyev deyib ki, Azərbaycan Prezidentinin Sərəncamının icrası məqsədi ilə paytaxt Bakıda və bölgələrdəki elm, təhsil və mədəniyyət müəssisələrində, yaradıcılıq təşkilatlarında silsilə tədbirlərin keçirilməsinə başlanılıb. Bugünkü tədbir də bunlardan biridir.
Elmi sessiyada filologiya elmləri doktoru, professor Gülşən Əliyeva-Kəngərli “Ağrı yaddaşının poeziyası” mövzusunda məruzə edib.
Məruzədə Məmməd Arazın bütün ömrü boyu Azərbaycan xalqının qüruruna və kədərinə yiyə durduğu, milli poeziyamızın şeir karvanının sarvanı olduğu vurğulanıb. Bildirilıb ki, Məmməd Arazdan bizə min illik Azərbaycan şerinin bədii-fəlsəfi ənənələri üzərində ucalmış möhtəşəm şair obrazı, XX əsrdə Sabirdən sonra bəşərin şeir zirvəsində əbədiləşən Füzuli poetik ruhuna ləyaqətli xələf olan Vətən daşına çevrilmiş şair imzası qalıb.
Filologiya elmləri doktoru, professor Aqşin Babayev isə “Unudulmaz Məmməd Araz” mövzusunda məruzə ilə çıxış edib. A.Babayev misilsiz istedadın və təkrarolunmaz yaradıcı ruhun məhsulu olan Məmməd Araz poeziyasından söhbət açmış, onu müasir dövr Azərbaycan lirikasının poetik zirvəsini fəth edən və bu ucalıqda əbədi yaşamaq haqqı qazanan qüdrətli şair, publisist, filosof və sözün həqiqi mənasında layiqli vətəndaş kimi səciyyələndirib.
Tədbirdə filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin “Məmməd Araz şeirlərində azərbaycançılıq” mövzusunda məruzəsi dinlənilib.
Qeyd edilib ki, böyük istedadı və poetik bacarığı sayəsində Məmməd Araz Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Ələkbər Sabir və Səməd Vurğun poeziyası ilə ona qədər gəlib çatan klassik şeir ənənəsini və üslubunu təkmilləşdirərək hamının gördüyü və bildiyi, lakin dilə gətirməyi bacarmadığı məsələləri ictimai düşüncənin məhsulu edib, Azərbaycanda vətəndaşlıq poeziyasının əsasını qoyub. Şairin “Ayağa dur, Azərbaycan!” şerinin xalqı sarsılmazlığa, əyilməzliyə, milli qürura, bütövlüyə və birliyə səslədiyi xüsusi qeyd edilib.
Sonda universitetin müəllimləri – Əməkdar Artist, dosent Ağalar Bayramov və dosent Nadir Hüseynov şairin bənzərsiz yaradıcılığından nümunələr səsləndiriblər.




 
Bölməyə aid digər xəbərlər
26.10.2020
Qubadlıda 5 mindən çox nadir muzey eksponatı talan edilib -Tarixçi
25.10.2020
Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
22.10.2020
Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
21.10.2020
“Geri dönüş” adlı kompozisiya hazırlanıb
20.10.2020
Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Xudatda əsgər ailələrinə yardım paylanılıb
2 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
3 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
4 Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
5 Qripə qarşı vaksinasiya COVİD-ə yoluxmanın azalmasına təsir göstərməyəcək - TƏBİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info