Rumıniyalı qonaqlar Lənkəran Dövlət Universitetində olublar
Tarix: 28.11.2013 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


Avropa İttifaqının həyata keçirdiyi “Erasmus-Mundus” Xarici Əməkdaşlıq Mübadilə Proqramının layihəsi çərçivəsində Rumıniyanın İoan Kuza adına Yasse Universitetin nümayəndələri Lənkəran Dövlət Universitetində (LDU) olublar.
Proqrama əsasən Bolonya prosesi çərçivəsində Avropanın ali təhsil müəssisələri ilə tələbə və işçi mübadiləsi aparılır.
Rumıniyanın ali təhsil müəssisəsinin nümayəndələrini universitetin müəllim və tələbə kollektivi adından salamlayan LDU-nun rektoru, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar Elm Xadimi, professor Asəf İsgəndərov rəhbərlik etdiyi təhsil ocağının fəaliyyəti barədə qonaqlara məlumat verib.
Qeyd olunub ki, LDU dünyanın 100-ə yaxın qabaqcıl ali məktəbi, o cümlədən Rumıniyanın tədris, elm, mərkəzləri ilə tələbə və müəllim mübadiləsi aparır.
Diqqətə çatdırılıb ki, LDU-da 4 fakültə, 11 kafedra, 14 laboratoriya və mərkəz, idman zalları, stadion, tərcümə mərkəzi, elmi kitabxana, elektron kitabxana, müasir elektron-təhsil şəbəkəsi fəaliyyət göstərir. Hazırda ali təhsil ocağında 2 minədək tələbə təhsil alır, 200-dək professor-müəllim heyəti çalışır.
Rumıniyanın İoan Kuza adına Yasse Universitetinin professoru Lüdmila Bejenaru bildirmişdir ki, çalışdığı ali təhsil ocağının artıq 153 ildir fəaliyyət göstərir. Ali məktəbdə 43 mindən çox tələbə təhsil alır, professor-müəllim heyəti isə 3 min nəfərdir. Ali məktəbin tələbə şəhərciyi və 30 tələbə yataqxanası var.
Professor L.Bejenaru Rumıniya Universitetinin Azərbaycanın 3 ali məktəbi-Bakı Slavyan Universiteti, Qərb Universiteti və Lənkəran Dövlət Universiteti ilə elmi və təhsil əlaqələrinin olduğunu diqqətə çatdırıb.
LDU-nun humanitar və pedaqoji elmlər fakültəsində tələbələrlə keçirilən görüş qonaqlarda xoş təəssürat oyadıb.
Fakültənin dekanı, filologiya elmlər namizədi, dosent Kamran Kazımov qonaqları tədris prosesi ilə tanış edərək bildirib ki, LDU fəaliyyət göstərdiyi 20 il ərzində respublikamızın cənub bölgəsində elm, təhsil və mədəniyyət mərkəzinə, mənəvi tərbiyə məktəbinə çevrilib.
Rumıniyanın İoan Kuza adına Yasse Universitetinin professoru Lüdmila Bejenaru gəlişinin məqsəd və vəzifələrini açıqlayaraq tələbələri təmsil etdiyi ölkənin ali təhsil müəssisələrində təhsil almağa dəvət etmiş və onları maraqlandıran sualları cavablandırıb.




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info