Çingiz Qənizadə: “Azərbaycan dövləti məcburi köçkünlərin qayğısına qalır”
Tarix: 29.11.2013 | Saat: 14:37:00 | E-mail | Çapa göndər


Bakıda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) təşkilatçılığı ilə vətəndaşsızlığa dair məşvərət iclası keçirilib.
“Palitra”nın məlumatına görə, vətəndaşlığı olmayan şəxslərin statusuna dair 1954-cü il Konvensiyasının 60 illiyinə həsr olunan iclasda Azərbaycanın dövlət qurumlarının, vətəndaş cəmiyyətinin nümayəndələri və digər qonaqlar iştirak edib.
Tədbiri giriş sözü ilə açan BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Daq Siqurdson bildirib ki, Azərbaycanda vətəndaşsızlıq barədə problem olmamalıdır: "Bir neçə dəfə bununla bağlı qərarlar imzalanıb. 1998-ci ildə Azərbaycanda yaşayan digər xalqların nümayəndələrinin çoxuna vətəndaşlıq hüququ verildi. Belə ki, 250 min nəfər Ermənistandan gələn, 50 min məhsəti türkü, 7 min isə İrandan gələnlər idi. Ancaq etiraf edək ki, bir çox qərarlar imzalansa da, hələ də ölkədə bu sahədə müəyyən problemlər yaşanır. Belə ki, bu gün Azərbaycanda vətəndaşlıq sənədi olmayan 4500 şəxs aşkarlanıb. Yəni, onların sənədləşməsi ilə bağlı problemlər var".
Tədbirdə çıxış edən millət vəkili Çingiz Qənizadə qeyd edib ki, Azərbaycan vətəndaşlıq və vətəndaşsızlıqla bağlı bir sıra beynəlxalq müqavilələrə və konvensiyalara qoşulub, vətəndaşlıq məsələlərini və vətəndaşlığı olmayan şəxslərin vəziyyətini tənzimləyən bir sıra qanunvericilik aktları qəbul edib: "1996-cı ildə Azərbaycan "Apatridlərin statusu haqqında" 1954-cü il Konvesiyasına və "Vətəndaşsızlıq hallarının azaldılması" 1961-ci il Konvensiyasına qoşulub".
Ç.Qənizadə əlavə edib ki, Azərbaycan Milli Məclisi Miqrasiya Məcəlləsini qəbul etməklə bu sahədə problemləri həll etmək istiqamətində önəmli addım atdı. Millət vəkili bildirib ki, Azərbaycan elə bir məkanda yerləşir ki, buraya digər ölkələrdən qaçqınların da gəlməsi mümkündür.
Ç.Qənizadə Azərbaycanda olan məcburi köçkünlərin də statusunun müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb: "Azərbaycan ən çox qaçqın və məcburi köçkün ordusunu özündə cəmləşdirən ölkələrdən biridir. Azərbaycan dövləti məcburi köçkünlərin qayğısına qalır, ancaq hesab edirəm ki, BMT məcburi köçkünlərin də statusuna beynəlxalq səviyyədə aydınlıq gətirməlidir".
Tədbirdə çıxış edən digər iştirakçılar da bu sahədə mövcud durumdan və problemlərin həlli yollarından danışıb
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
Yeni doğulan uşağa görə 500 manat verilsin
13.11.2019
Tələbələr ASCO-nun xarici sularda üzən gəmilərində təcrübə keçiblər
13.11.2019
Yasamal Yaşayış Kompleksində 570 güzəştli mənzildən 284-nün alqı-satqısı başa çatıb
13.11.2019
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
12.11.2019
Əlyazmalar İnstitutu işçi axtarır - Müsabiqə elan edildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info