Vyanada Zöhrab Adıgözəlzadənin xatirəsinə həsr olunmuş konsert keçirilib
Tarix: 29.11.2013 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın görkəmli pianoçusu, Xalq artisti, professor Zöhrab Adıgözəlzadənin xatirəsinə həsr olunmuş konsert keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova deyib ki, görkəmli pianoçu uzun müddət Vyana və bu şəhərin musiqisevərləri ilə bağlı olub, dəfələrlə burada tanınmış orkestrlərlə birgə konsertlər verib.
Tədbirin “Culture Meeting Point” təşkilatı ilə birgə təşkil olunduğunu vurğulayan L.Qasımova bildirib ki, mədəniyyət mərkəzinin əsas məqsədi yalnız öz tədbirlərini diqqət mərkəzində saxlamaq deyil, eləcə də Avstriyadakı digər təşkilatlarla birgə həyata keçirilən layihələr çərçivəsində mədəniyyətlərarası dialoqa və qarşılıqlı anlaşmaya töhfə verməkdir.
“Culture Meeting Point“ təşkilatının musiqi şöbəsinin rəhbəri, musiqişünaslıq üzrə fəlsəfə doktoru Fərəh Tahirova tanınmış pianoçu, pedaqoq və bəstəkar Zöhrab Adıgözəlzadənin həyat və yaradıcılığından, onun Azərbaycanda və Türkiyədə klassik musiqi sənətinin inkişafına verdiyi töhfələrdən danışıb.
Qeyd edilib ki, Z.Adıgözəlzadə Avstriyada ilk dəfə 15 il əvvəl, 1998-ci il noyabrın 28-də “Yunus İmre” kvarteti ilə birgə konsert verib və bugünkü tədbirin belə bir məkanda təşkili mərhum musiqiçinin ruhunu da şad edir. Eyni zamanda, F.Tahirova Azərbaycan Mədəniyyət Mərkəzinə ölkəmizin mədəniyyətini və görkəmli şəxsiyyətlərini tanıtmaq üçün həyata keçirilən tədbirlərə görə məmnunluğunu ifadə edib.
Tədbirin bədii hissəsində Türkiyənin Eskişehir Anadolu Universitetinin nəzdində fəaliyyət göstərən “Yunus Emre” kvarteti və pianoçu Fərid Adıgözəlzadə birgə konsert proqramı ilə çıxış ediblər. Konsertdə məşhur Azərbaycan və türk bəstəkarları Qara Qarayev, Ülvi Camal Erkin, Fikrət Əmirov və başqalarının kvartet və fortepiano üçün əsərləri ifa edilib.




 
Bölməyə aid digər xəbərlər
25.10.2020
Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
22.10.2020
Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
21.10.2020
“Geri dönüş” adlı kompozisiya hazırlanıb
20.10.2020
Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
20.10.2020
Erməni əsilli aktrisadan Azərbaycana dəstək…

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
2 Xudatda əsgər ailələrinə yardım paylanılıb
3 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
4 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
5 Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info