Tahir Salahovun 85 illik yubileyi qeyd edilib
Tarix: 29.11.2013 | Saat: 19:50:00 | E-mail | Çapa göndər


Noyabrın 29-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu tərəfindən Tahir Salahovun ev-muzeyində ümummilli lider Heydər Əliyevin 90 illik yubiley tədbirləri silsiləsindən “Ulu öndər və incəsənət xadimləri” adlı mərasim keçirilib.
Ulu öndərin mədəniyyətimizin qorunması, təbliği, incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğısından bəhs edilən tədbirdə müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, dünya şöhrətli sənətkar, SSRİ-nin və Azərbaycanın Xalq Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının (AEİA) həqiqi üzv Tahir Salahovun 85 illik yubileyi qeyd edilib.
Bildirilmişdir ki, ulu öndər hər zaman böyük sənət adamları, o cümlədən görkəmli rəssam Tahir Salahovla çox yaxın dost olmuş və onların münasibəti qarşılıqlı ehtiram və hörmət əsasında qurulub.
Tədbirdə sənətkarın zəngin yaradıcılığından, Azərbaycan təsviri sənətinə verdiyi dəyərli töhfələrdən söz açılıb.
Bildirilmişdir ki, Tahir Salahov əsərlərində həm özünün daxili aləmini, həm də mənsub olduğu xalqının ruhunu – onun amallarını, hisslərini və duyğularını əks etdirir.
Vurğulanıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılmış ev-muzeyində Tahir Salahovun Azərbaycan dövlətinə bağışladığı öz rəsm əsərlərindən və şəxsi arxivindən ibarət kolleksiya nümayiş olunur.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Xalq Rəssamı Tahir Salahova ünvanladığı təbrik məktubu oxunub.
Mərasimdə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov “Tahir Salahov. Biblioqrafiya” kitabını təqdim edib.
Mədəniyyət və Turizm Nazirliyinin Milli Kitabxana ilə birdə hazırladığı bu dəyərli toplu görkəmli sənətkara həsr edilmiş ilk biblioqrafik mənbədir.
“Tahir Salahov və Abşeron” yeni turist marşrutunun təqdim olunduğu tədbirdə “Tahir Salahovun rəsmləri xalçada” mövzusunda sərgi də maraqla qarşılanıb.
Sonda tədbir iştirakçıları ulu öndər və Tahir Salahova həsr olunmuş fotosərgi və sənətkarın zəngin və çox şaxəli yaradıcılıq nümunələri ilə tanış olublar.




 
Bölməyə aid digər xəbərlər
25.10.2020
Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
22.10.2020
Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
21.10.2020
“Geri dönüş” adlı kompozisiya hazırlanıb
20.10.2020
Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
20.10.2020
Erməni əsilli aktrisadan Azərbaycana dəstək…

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
2 Xudatda əsgər ailələrinə yardım paylanılıb
3 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
4 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
5 Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info