Lüksemburq Azərbaycan ilə iqtisadi sahədə əməkdaşlıqda maraqlıdır
Tarix: 02.12.2013 | Saat: 14:13:00 | E-mail | Çapa göndər


Lüksemburq Azərbaycan ilə iqtisadi əməkdaşlıqda maraqlıdır.
Bu fikri baş nazir kürsüsü uğrunda keçirilən seçkilərdə qələbə qazanan Lüksemburq şəhərinin meri Ksavye Pettel beynəlxalq yarmarkada Azərbaycan guşəsi ilə tanışlıq zamanı verdiyi müsahibəsində səsləndirib.
Ksavye Pattel demişdir: Dekabrın 4-də mən baş nazir vəzifəsinin icrasına başlayacağam. Ölkənizdə olmasam da, bilirəm ki, enerji ehtiyatları ilə zəngin olan Azərbaycan Avropanın enerji təhlükəsizliyində müstəsna rola malikdir və bu sahədə önəmli rol oynaya bilər. Azərbaycanlıların həddindən artıq istiqanlı və qonaqpərvər olması barədə də eşitmişəm”.
Ölkələrimiz arasında ikitərəfli əlaqələrə toxunan yeni baş nazir vurğulayıb ki, Azərbaycan ilə Lüksemburq arasında mövcud olan humanitar əlaqələr yüksək səviyyədədir. Amma, iqtisadi və mədəni sahədə əməkdaşlıq tamam başqa şeydir. Bunları qarışdırmaq lazım deyil. Mən bir məsələni diqqətə çatdırmağı özümə borc bilirəm: “Baş nazir kimi fəaliyyət proqramımda bir çox ölkələrlə yanaşı Azərbaycana səfər etmək planım da var. Lüksemburq Azərbaycan ilə iqtisadi sahədə əməkdaşlıqda maraqlıdır”.
Yeni il ərəfəsində kasıb ölkələrə humanitar yardım məqsədilə Lüksemburqun ticarət mərkəzində təşkil edilən Beynəlxalq yarmarkada Azərbaycan üçüncü ildir ki, təmsil olunur. Hər dəfə olduğu kimi yenə Azərbaycan guşəsi yarmarkada iştirak edən 60 dövlətin pavilyonundan zənginliyi ilə fərqlənib. Heydər Əliyev Fondunun, “Azərsun” cəmiyyətinin, Beynəlxalq Bankın, Şəki İpək Fabrikinin təşkilatçılığı və Azərbaycanın Belçika Krallığındakı səfirliyinin dəstəyi ilə yaradılan guşədə kiçik ölçülü xatirə xalçaları, bostan-tərəvəz məhsulları, meyvələr, müxtəlif çeşiddə şirələr və mürəbbələr, zəngin mətbəximizin nümunələri, xüsusilə süfrələrimizin şahı hesab edilən plov yarmarkaya gələnlərin böyük marağına səbəb olub.
Guşəyə rəhbərlik edən Seymur Əhmədov bildirib ki, lüksemburqlular Azərbaycan nemətlərinə böyük həvəs göstərirlər. Eyni zamanda, ölkəmizlə ciddi maraqlanırlar. Bu məqsədlə onlara Azərbaycanın təbiət mənzərlərini, Bakının tarixi abidələrini və görməli yerlərini, dulusçuluq və misgərlik kimi sənət nümunələrini özündə əks etdirən bröşürlərlə bərabər digər təbliğat xarakterli vəsaitlər paylayır, ölkəmizə dair suallarına həvəslə cavab veririk. Bundan əlavə, guşədə quraşdırılmış teleekranda Azərbaycana dair müxtəlif mövzularda çarxlar nümayiş etdirilir.
Sonda S.Əhmədov qeyd edib ki, satışda əldə edilən 6 min avrodan artıq vəsait humanitar yardım fondunun hesabına keçirilib.
Guşədən aldığı təəssüratı bölüşən lüksemburqlu Olivye Loş deyib: “Mən bununla üçüncü dəfədir ki, Azərbaycan mətbəxi nümunələrini böyük həvəslə alıram. Çox dadlı nemətlərdir. Ölkənizdə olmamağıma təəssüf edirəm. Amma yaxın dostlarımdan eşitmişəm ki, ölkəniz varlı, xalqınız qonaqpərvər və sülhsevərdir. Nədənsə biz avropalılarda qonaqpərvərlik və səmimilik kimi hisslər çox azdır. Qeyd etmək istəyirəm ki, dünyəvi bir ölkə olan Azərbaycanda yaşamağın özü bir xoşbəxtlikdir”.




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
28 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub
26.11.2020
“Gilan Holdinq” qazimizə ev verdi
26.11.2020
Üç rayonda şəhid ailələri və müharibə əlillərinə mənzil və fərdi evlər verilib
24.11.2020
Artıq hamı ev tikə bilər...
24.11.2020
Bakının məşhur “Təzə bazar“ı köçürülür

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Öküz ili bürclərə nə vəd edir?
2 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
3 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
4 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
5 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info