Londonda fəaliyyət göstərən “Azərbaycan Evi” beş yaşını qeyd edib
Tarix: 02.12.2013 | Saat: 14:24:00 | E-mail | Çapa göndər


Londonda fəaliyyət göstərən “Azərbaycan Evi”nin təsis edilməsinin 5- ci il dönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları, bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının təmsilçiləri, yerli və xarici ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə İngiltərə-Azərbaycan Cəmiyyətinin mərhum həmsədri Lord Freyzerin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
London, Oxford və Leeds universitetlərinin müəllimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə ekspert Tamara Draqadzenin “Azərbaycan Evi”nin 5-ci ildönümü ilə əlaqədar təbrik məktubu oxunub.
“Azərbaycan Evi”nin nümayəndəsi Fəridə Pənahova təmsil etdiyi mədəniyyət evi haqqında ətraflı məlumat verib. Bildirilib ki, ölkəmizin adını daşıyan bu dostluq mərkəzi Britandiyada yaşayan, təhsil alan həmvətənlərimizin təşəbbüsü ilə təsis edilib. Azərbaycan ilə bağlı tədbirlərin, sərgilərin, bayramların qeyd edildiyi bu dostluq və mədəniyyət evinin qapıları həmvətənlərimizin üzünə hər zaman açıqdır.
“Azərbaycan Evi”nin icraçı direktoru, doktor Əli Təkin Atalar Böyük Britaniyadakı səfirliyimizə və dostluq evinin fəaliyyətində köməklik göstərən həmvətənlərimizə minnətdarlığını bildirib.
Azərbaycan mədəniyyət evinin fəaliyyəti haqqında məlumat verən Ə.T.Atalar gələcəkdə də ölkəmizin diasporunu layiqincə təmsil edəcəklərinə əminliyini ifadə edib.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov qonaqları mədəniyyət evinin yaranmasının 5 illiyi münasibəti ilə təbrik edib. Səfir deyib ki, ötən müddət ərzində “Azərbaycan Evi” uğurlu yol keçmiş, ölkəmiz ilə əlaqədar siyasi, ictimai, mədəni və başqa bir çox tədbirlərin keçirliməsində yaxından iştirak edib. “Azərbaycan Evi”nin Britaniyada yaşayan həmvətənlərimizi bir araya toplamaq, ölkəmizin mədəniyyətini adət-ənənələrini Britaniya ictimaiyyətinə çatdırmaq baxımından əhəmiyyətini vurğulayıb. Britaniya ilə Azərbaycanın münasibətlərinin hər il daha da genişləndiyini diqqətə çatdıran F.Qurbanov, “Azərbaycan Evi” kimi təşkilatların sayının artmasının əhəmiyyətini xüsusi qeyd edib.
Sonra, “Azərbaycan Evi”nin beş illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
“Azərbaycan Evi” tərəfindən səfir Fəxrəddin Qurbanova və bu mədəniyyət evinin fəaliyyətində yaxındna köməklik göstərən daha bir neçə həmyerlimizə dostluq simvolu olan xatirə hədiyyələri təqdim edilib.
Tədbir çərçivəsində gənc rəssam Kəbirə Əliyevanın əsərlərindən ibarət sərgi nümayiş etdirilib.
Mərasimdə ziyafət təşkil edilib, qonaqlar milli mətbəximizin ləziz təamlarından dadıblar.
Sonda, Gefri Verbok, Nəzrin Rəşidova, Ayan Salahova, Fərhad Nishat, Babək Bəhtəvərin ifasında konsert proqramı təşkil edilib, müxtəlif musiqi alətlərində milli musiqimizdən, yerli və dünya bəstəkarlarının əsərlərindən nümunələr səsləndirilib.




 
Bölməyə aid digər xəbərlər
05.08.2020
Masallıda “Vətənə sevgi ən ülvi hissdir” onlayın konfrans keçirmişdir
05.08.2020
«Baba bulağı»nın bu günkü işi...
05.08.2020
2020-ci il dövlət büdcəsinə dəyişiklik birinci oxunuşda qəbul edildi
05.08.2020
Milli Məclisdə məktəblərlə bağlı məsələ müzakirə olunub
03.08.2020
Erməni təcavüzü və Paşinyanın uğursuz diaspor siyasəti-“Hədəf”də

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11582

1 Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq
2 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
3 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
4 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
5 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info