“Azərbaycan incəsənəti” ensiklopedik kitabının ingilisə 2-ci cildi işıq üzü görüb
Tarix: 02.12.2013 | Saat: 14:54:00 | E-mail | Çapa göndər


“Azərbaycan İncəsənəti - uşaq və gənclər üçün ensiklopedik məlumat kitabı”nın ingilis dili versiyasının 2-ci cildi nəşr olunub. Qeyd edək ki, kitab Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən çap edilib. Kitabın ingilis dilində nəşr edilməsində məqsəd Azərbaycanda və xaricdə yaşayan uşaq və gənclərimizin zəngin Azərbaycan incəsənəti barədə maarifləndirilməsi, xaricdə Azərbaycan mədəniyyətinin təbliğ olunmasına tövhə verilməsi, xaricdə yaşayan uşaq və gənclərimiz arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsidir. “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin və layihənin rəhbəri Nurəddin Mehdiyev qəzetimizə bildirib ki, kitabın ingilis dilində nəşr edilməsində məqsəd xaricdə Azərbaycan mədəniyyəti haqqında informasiya çatışmazlığının aradan qaldırılmasına tövhə verilməsidir.
2500 tirajla çap olunan kitabın məsləhətçisi akademik Ömər Eldarov, redaksiya heyətinin rəhbəri isə əməkdar incəsənət xadimi Ziyadxan Əliyevdir. Kitab ingilis dilinə Səadət İbrahimova tərəfindən tərcümə edilib.
Layihə çərçivəsində “Azərbaycan İncəsənəti - uşaq və gənclər üçün ensiklopedik məlumat kitabı”nın ingilis dili versiyası dünyanın müxtəlif kitabxanalarına, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərinə, diaspor təşkilatlarına göndəriləcək.
Xatırladırıq ki, 2010-2011- ci illərdə kitabın Azərbaycan dilində 3 cildi çap olunub. Ötən il kitabın ingilis dili versiyasının 1-ci cildi işıq üzü görmüşdü.

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub
15.10.2019
Azərbaycan Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib
15.10.2019
“Şelkunçik” baleti Primorye səhnəsində Eldar Əliyevin quruluşunda təqdim ediləcək
15.10.2019
Timur Əsgərov “Kralın əyləncəsi” baletində baş rolda çıxış edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10915

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info