Litvada keçirilən xeyriyyə yarmarkasında Azərbaycan stendi maraqla qarşılanıb
Tarix: 02.12.2013 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Azərbaycanın Litva Respublikasındakı səfirliyi paytaxt Vilnüs şəhərində akkreditə olunmuş diplomatik nümayəndəliklərin iştirakı ilə Ratuşada keçirilmiş 11-ci Beynəlxalq milad xeyriyyə yarmarkasında ölkəmizi layiqincə təmsil edib.
Səfirlikdən müxbirinə verilən məlumata görə, ənənəvi yarmarkanın məqsədi iştirakçılar tərəfindən satışa çıxarılan məhsullardan əldə olunan vəsaitin Litvanın uşaq və ahıllar evlərinə, uşaq xəstəxanalarına yönəldilməsindən ibarətdir. Bununla yanaşı, yarmarka iştirakçı ölkələrin tarixi irsinin, mədəniyyətinin və mətbəxinin təbliği baxımından da böyük əhəmiyyət kəsb edir.
Azərbaycan üçün ayrılmış stenddə milli suvenirlər, xalçalar, ölkəmizlə bağlı fotoşəkillər, kitablar, bukletlər, şirniyyatlarımızdan paxlava və şəkərbura, həmçinin meyvə şirələri, mineral sular nümayiş olunub.
Xeyriyyə yarmarkasının açılışında Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskayte iştirak edib. Açılış mərasimindən sonra bir sıra stendlərə baxan D.Qribauskayte Azərbaycan stendinə yaxınlaşıb. Səfir Həsən Məmmədzadə stenddə nümayiş olunan məhsullar haqqında Prezidentə qısa məlumat verib.
Qırxdan artıq diplomatik nümayəndəliyin və xarici təşkilatların təmsil olunduğu yarmarkada Azərbaycanın stendi ev sahibi Litva və Fransa stendləri ilə yanaşı qurulmuş və ən çox ziyarət edilən stendlərdən biri olub.




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub
15.10.2019
Azərbaycan Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib
15.10.2019
“Şelkunçik” baleti Primorye səhnəsində Eldar Əliyevin quruluşunda təqdim ediləcək
15.10.2019
Timur Əsgərov “Kralın əyləncəsi” baletində baş rolda çıxış edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info