Ukraynada uşaqlar arasında “Eurovision-2013” mahnı müsabiqəsinin finalı olub
Tarix: 02.12.2013 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Noyabrın 30-da “Ukrayna” Milli İncəsənət Sarayında uşaqlar arasında “Eurovision-2013” mahnı müsabiqəsinin finalı olub.
12 ölkədən gənc istedadların iştirak etdikləri budəfəki mahnı müsabiqəsi “Be Creative” (“Kreativ ol”) devizi altında keçib. Müsabiqədə Azərbaycanı təmsil edən Rəşid Behbudov adına uşaq musiqi məktəbinin 10 yaşlı şagirdi Rüstəm Kərimov finalda “Me and my Guitar” (“Mən və gitaram”) mahnısını ifa edib.
Uşaqlar arasında “Eurovision-2013” mahnı müsabiqəsinin qaydalarına dəyişiklik edilib. Əvvəllər müsabiqədə bir qalib olurdusa, bu dəfə olimpiya sistemi ilə “qızıl”, “gümüş” və “bürünc” mükafatlar vermək qərara alınıb.
Daha bir yenilik bu olmuşdur ki, bütün ölkələrin iştirakçıları səsvermənin nəticələrini birbaşa Kiyevdən, “Ukrayna” sarayından elan ediblər.
Müsabiqəni birbaşa yayımlayan ölkələrdə səsvermənin yekun nəticəsi 2008-ci ildən başlayaraq telesəsvermənin və münsiflər heyətinin səsinin nəticələrindən 50:50 nisbətində toplanır. Aşağı bal və ya sıfır xal toplayan uşaqların məyus olmamaları üçün hər bir iştirakçı avtomatik olaraq 12 bal alır.
Final mərhələsinin aparıcısı, böyüklər arasında “Eurovision-2013” mahnı müsabiqəsinin finalçısı Zlata Oqneviç (Ukrayna) və elə həmin müsabiqənin qalibi, danimarkalı Emmili de Forest fəxri qonaqlar qismində oxuyublar.
Malta nümayəndəsi, 11 yaşlı Qayya Kauçi “The Start” (“Başlanğıc”) lirik balladası ilə uşaqlar arasında “Eurovision-2013” mahnı müsabiqəsinin qalibi olub.
12 yaşlı Kiyev sakini Sofiya Tarasova “We are one” mahnısı ilə ikinci yeri, Belarusu təmsil edən İlya Volkov və “Maxi Briz” rəqs qrupu “Mənimlə oxu” kompozisiyası ilə üçüncü yeri tutublar.
Sonda uşaqlar arasında “Eurovision-2013” mahnı müsabiqəsində ilk 3 yeri tutan finalçıya müsabiqənin rəmzinə uyğun gələn “Puzzle-man” mükafatları təntənəli şəkildə təqdim olunub.
Müsabiqədə 7-ci yeri tutan Rüstəm Kərimov mükafatçılar sırasına daxil olmasa da, onun gözəl debütü tamaşaçıların qəlbini fəth edib. Gənc artist xüsusi tamaşaçı rəğbəti mükafatı ilə təltif olunub.
Müsabiqənin sonunda mətbuat konfransı, diskoteka olmuş, xatirə şəkli çəkilib.




 
Bölməyə aid digər xəbərlər
25.10.2020
Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
22.10.2020
Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
21.10.2020
“Geri dönüş” adlı kompozisiya hazırlanıb
20.10.2020
Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
20.10.2020
Erməni əsilli aktrisadan Azərbaycana dəstək…

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
2 Xudatda əsgər ailələrinə yardım paylanılıb
3 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
4 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
5 Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info