UNİCEF-lə əməkdaşlığın genişləndirilməsi gündəmdədir
Tarix: 02.12.2013 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard ilə görüşüb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, görüşdə nazir Səlim Müslümov “Uşaq qayğı sistemində islahatlar” üzrə birgə tədbirlər planının icrasında, sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmət göstərən müəssisələrin potensialının artırılması və xidmət sisteminin təkmilləşdirilməsində UNİCEF-lə əməkdaşlığın önəmini qeyd edib. Nazir BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasının icrası, monitorinqi və bununla bağlı hesabatın hazırlanması, sosial sifarişlər üzrə prioritet sahələrin müəyyən edilməsi və müvafiq texniki tapşırıqların hazırlanması və digər sahələrdə UNİCEF-in dəstəyini yüksək qiymətləndirib.
Azərbaycanın bir çox bölgələrində yetkinlik yaşına çatmayan uşaqlar üçün sosial reabilitasiya mərkəzləri və sosial sığınacaqların yaradılacağını deyən S.Müslümov bildirib ki, həmin müəssisələrin səmərəli fəaliyyətinin təşkili, regionlar üzrə sosial xidmətlərə ehtiyacların müəyyənləşdirilməsi məqsədi ilə hazırlanan “Sosial xəritələşmə”yə uyğun xidmətlərin göstərilməsi, sosial sifarişlər üzrə layihələrin idarə edilməsi və sosial xidmətlərin təşkilinin gücləndirilməsi işlərində UNİCEF-in dəstəyi ölkəmiz üçün önəmlidir.
Mark Herevard UNİCEF-in nazirliklə əməkdaşlığının genişləndirilməsi üçün səylərin göstəriləcəyini bildirib. O, bərpa müəssisələrinin beynəlxalq təcrübə əsasında sosial reabilitasiya istiqamətində formalaşdırılması, uşaqlar üçün sosial xidmət müəssisələrinin transformasiyası, sosial xidmətlər göstərən QHT-lərin fəaliyyətinin monitorinqi üçün standartların hazırlanması və digər sahələrdə əməkdaşlığa dair təkliflərini irəli sürüb.
Görüşdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
28 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub
26.11.2020
“Gilan Holdinq” qazimizə ev verdi
26.11.2020
Üç rayonda şəhid ailələri və müharibə əlillərinə mənzil və fərdi evlər verilib
24.11.2020
Artıq hamı ev tikə bilər...
24.11.2020
Bakının məşhur “Təzə bazar“ı köçürülür

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Öküz ili bürclərə nə vəd edir?
2 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
3 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
4 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
5 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info