Bizi bir millət edən ortaq qeyri-maddi mədəni irs nümunələrimizdir
Tarix: 03.12.2013 | Saat: 14:15:00 | E-mail | Çapa göndər


İstər aşıq sənəti, istər musiqi, istərsə də xalq rəqsləri sahəsində bizi bir millət edən ortaq qeyri-maddi mədəni irs nümunələrimizdir.
Bu sözləri UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasında iştirak edən Türkiyənin Akşehir Nəsrəddin Hoca və Turizm Dərnəyinin təmsilçisi Salih Taner Serin jurnalistlərə müsahibəsində söyləyib.
Qonaq sessiya müddətində Azərbaycanın qeyri-maddi mədəni irs nümunələri barədə daha çox məlumat alacaqlarını vurğulayaraq deyib: “Dekabrın 1-də Heydər Əliyev Sarayında təqdim edilən folklor rəqs nümunəsi möhtəşəm idi. Xüsusilə də Avropa və digər ölkələrdən gələn və bizim mədəniyyətimizə bələd olmayan insanlar bu konserti heyranlıqla seyr etdilər”.
Taner Serin ortaq mədəni dəyərlərimiz arasında Molla Nəsrəddinin də olduğunu vurğulayıb. Qeyd edib ki, həm filosof, həm də yumorist personaj kimi tanınan Molla Nəsrəddinin irsi səkkiz əsrdən bəri öyrənilir və təbliğ edilir. O, Molla Nəsrəddinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınması istiqamətində ölkələrimizin birlikdə əhəmiyyətli addım atacaqlarına ümidvar olduğunu söyləyib.




 
Bölməyə aid digər xəbərlər
25.10.2020
Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
22.10.2020
Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
21.10.2020
“Geri dönüş” adlı kompozisiya hazırlanıb
20.10.2020
Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
20.10.2020
Erməni əsilli aktrisadan Azərbaycana dəstək…

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
2 Xudatda əsgər ailələrinə yardım paylanılıb
3 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
4 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
5 Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info