“Öz sözümüz” və “İctimai davranış qaydaları” adlı fərdi layihələrin təqdimatı olub
Tarix: 03.12.2013 | Saat: 16:14:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı, Azərbaycan Tələbə Gənclər Təşkilatları ittifaqının (ATGTİ) təşkilati dəstəyi ilə həyata keçirilən “Öz sözümüz” və “İctimai davranış qaydaları” adlı fərdi layihələrin təqdimatı olub.
Tədbirdə çıxış edən ATGTİ-nin sədri Şahin İsmayilov hər iki layihənin gənclərin marağına səbəb olacağını qeyd edib. O bildirib ki, ATGTİ hər zaman Gənclər Fonduna verilən fərdi layihələrə təşkilati dəstək göstərməyə hazırdır.
Azərbaycan Gənclər Fondunun strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov da çıxışında fərdi layihələrə dəstək verəcəklərini bildirib.
ATGTİ-nin mətbuat xidmətindən bildiriblər ki, “Öz sözümüz” layihənin əsas məqsədi dilimizdə xarici sözlərin istifadəsinin mümkün qədər azaldılmasıdır. “İctimai davranış qaydaları” layihəsinin məqsədi isə gənclərin ictimai nəqliyyatda, iaşə obyektlərində, həmçinin sosial şəbəkələrdə davranış qaydalarına əməl etmələrinin təbliğidir.




 
Bölməyə aid digər xəbərlər
01.12.2020
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlandı
30.11.2020
Nazirlik qazi Kənanı himayəsinə götürdü, anasını isə işlə təmin etdi
30.11.2020
Daha 107 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi
29.11.2020
Gələn ilin əvvəlindən övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq
28.11.2020
“LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12126

1 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
2 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb
3 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
4 “Belavia“ Bakıdan Minskə uçuşları bərpa edir
5 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info