Azərbaycanda Rusiya Filmləri Həftəsi keçiriləcək
Tarix: 03.12.2013 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


5-10 dekabr 2013-cü il tarixində Nizami Kino Mərkəzində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Rusiya Mədəniyyət Nazirliyi, "Fest-film" studiyası və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycanda Rusiya Filmləri Həftəsi keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən “Palitra”ya verilən məlumata görə, bununla əlaqədar Bakıya səfər edəcək Rusiya nümayəndə heyətinin tərkibinə Rusiya Kinematoqrafçılar İttifaqı sədrinin birinci müavini Sergey Lazaruk, sənədli filmlər rejissoru İqor Qriqoryev, teatr və kino aktyoru Mariya Semyonova və "Fest-film" studiyasının baş direktoru İrina Korçagina daxildir.
Dekabrın 5-də saat 17:30-da Nizami Kino Mərkəzinin mətbuat klubunda nümayəndə heyətinin iştirakı ilə mətbuat konfransı olacaq.
Film həftəsinin açılışı dekabrın 5-də saat 19:00-da rejissor Andrey Malyukovun "Matç" filminin nümayişi ilə baş tutacaq.
Növbəti günlərdə isə, proqrama uyğun olaraq, 6 dekabr saat 19:00-da "Mən yanında olacam", 7 dekabr saat 19:00-da "Şpion", 8 dekabr saat 19:00-da "İki gün", 9 dekabr saat 13:00-da "Kino ərazisində müharibə", saat 19:00-da "Metro", 10 dekabr saat 13:00-da "Ku! Kin-dza-dza" filmləri nümayiş olunacaq.
Nümayişlərə giriş sərbəstdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.10.2020
Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
21.10.2020
“Geri dönüş” adlı kompozisiya hazırlanıb
20.10.2020
Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
20.10.2020
Erməni əsilli aktrisadan Azərbaycana dəstək…
18.10.2020
“Azərbaycan rüzgarı” yenidən Türkiyə ekranlarında

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
2 Narşərab salatı
3 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
4 Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur
5 Xudatda əsgər ailələrinə yardım paylanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info