Xalq Çalğı Alətləri kafedrasının hesabat konserti
Tarix: 03.12.2013 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Xalq Çalğı Alətləri kafedrasının hesabat konserti keçirilib. İlk öncə aparıcı kafedra haqqında məlumat verərək qeyd edib ki, 2008-ci ildə yaranan Xalq Çalğı Alətləri kafedrasına, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynurə Quliyeva rəhbərlik edir. Kafedrada 8 müəllim və 2 baş laborant fəaliyyət göstərir. Müəllimlərdən 2-si sənətşünaslıq üzrə fəlsəfə doktoru, 1-i dosent, 2-si isə müəllimdir. Sonra tələbələr və müəllimlər geniş musiqi proqramı ilə çıxış ediblər. Proqramda Azərbaycan klassik musiqisinin görkəmli nümayəndələri T.Quliyevin, F.Əmirovun, Ü.Hacıbəyovun, Q.Qarayevin, C.Cahangirovun, V.Adıgözəlovun ölməz bəstələri, dünya klassiklərindən M.İ.Qlinkanın, A.Dvorjakın və başqalarının məşhur kompozisiyaları, həmçinin Azərbaycan xalq mahnıları səsləndirilib. Konsertdə sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynurə Quliyevanın tələbəsi, I Respublika müsabiqəsinin Qran-Pri mükafatçısı Sevinc Babayevanın kanonda, kafedranın müəllimi Vahid Məmmədovun tələbəsi Elşən Xəlilovun tarda, Azərbaycanın Əməkdar artisti Gülyanaq Fərzəliyevanın tələbəsi vokalist Bəhruz Quliyevin “Naçar gedər” xalq mahnısını ifa etmələri konsert iştirakçılarının böyük marağına səbəb olub və gurultulu alqışlarla qarşılanıb. Konsertin sonunda fikirlərini bölüşən universitetin rektoru, professor Saleh Məhərrəmov bildirib ki, bu gün incəsənət fakültəsinin həyatında çox əlamətdar bir gündür. Natiq universitetdə digər sahələrdə olduğu kimi, ali musiqi təhsilinə də dövlət qayğısı olduğunu nəzərə çatdırıb. Rektor vurğulayıb ki, tələbələrin istedadlarının artırılmasında peşəkar müəllimlərin rolu əvəzolunmazdır və bu işdə onlara uğurlar arzulayıb. İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Mübariz Əsgərov, Fortepiano kafedrasının müdiri, Prezident təqaüdçüsü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, professor Səidə Məmmədova, Azərbaycanın Əməkdar artisti, musiqi təlimi kafedrasının baş müəllimi Zeynalabdin Babayev çıxışlarında tələbələrin musiqi hazırlığından, səhnə mədəniyyətindən razılıqlarını ifadə ediblər. Çıxış edənlər, tədbirin təşkilatçısı Xalq Çalğı Alətləri kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynurə Quliyevanı bu uğuruna görə təbrik edib və onu daima qələbəyə aparan məsuliyyətli sənət yolunda böyük uğurlar diləyiblər.
Mina Qasımova




 
Bölməyə aid digər xəbərlər
25.10.2020
Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
22.10.2020
Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
21.10.2020
“Geri dönüş” adlı kompozisiya hazırlanıb
20.10.2020
Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
20.10.2020
Erməni əsilli aktrisadan Azərbaycana dəstək…

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
2 Xudatda əsgər ailələrinə yardım paylanılıb
3 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
4 Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
5 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info