Akademik Mirzə İbrahimovun əsərlərinin biblioqrafiyası çapdan çıxıb
Tarix: 04.12.2013 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


Ölkəmizin ən nüfuzlu elm məbədi olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası “Azərbaycanın Elm və Mədəniyyət Xadimləri” seriyasından görkəmli dövlət xadimi, Xalq Yazıçısı, ədəbiyyatşünas və publisist, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri olmuş, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Mirzə İbrahimovun əsərlərinin biblioqrafiyasını Azərbaycan, rus və ingilis dillərində nəşr edib.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasından bildiriblər ki, nəşrin tərtibçi müəllifləri filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli və İsmət Səfərovdur.
AMEA rəyasət heyətinin sərəncamına əsasən hazırlanan, professor Teymur Əhmədovun və Firəngiz Hüseynovanın redaktorluğu ilə işıq üzü görən biblioqrafiya Mirzə İbrahimovun 1930-2011-ci illər arasında Azərbaycan, rus, türk, fars, ingilis və digər xalqların dillərində nəşr olunmuş kitablarını, konqres, elmi sessiya və konfrans materiallarını, eləcə də dövri mətbuatda dərc edilmiş ədəbi-tənqidi və publisistik məqalələrini, habelə müxtəlif qəzetlərə müsahibələrini əhatə edir.
Göstəricidə əvvəlcə M.İbrahimovun kitabları, sonra dövri mətbuatda çıxmış əsərləri verilib. Akademikin ədəbi-tənqidi və publisistik məqalələri isə xronoloji qayda ilə sistemləşdirilib. Yazıçının həyat və yaradıcılığı haqqında, eləcə də tərcümə etdiyi əsərlər ayrıca bölmələrdə öz əksini tapıb.
Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədi ilə Mirzə İbrahimovun əsərlərinin və onun haqqında yazan müəlliflərin adlarının əlifba göstəricisi də verilib. Həmçinin görkəmli elm və mədəniyyət xadimlərinin M.İbrahimov haqqında fikirləri də biblioqrafik-göstəricidə öz əksini tapıb.
Biblioqrafik-göstərici Xalq Yazıçısı Mirzə İbrahimov haqqında hərtərəfli məlumat almaq istəyən oxucular üçün əvəzedilməz bir vəsaitdir.




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub
15.10.2019
Azərbaycan Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib
15.10.2019
“Şelkunçik” baleti Primorye səhnəsində Eldar Əliyevin quruluşunda təqdim ediləcək
15.10.2019
Timur Əsgərov “Kralın əyləncəsi” baletində baş rolda çıxış edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info