UNESCO Monqolustan və Uqandanın təklifini qəbul etdi
Tarix: 04.12.2013 | Saat: 20:56:00 | E-mail | Çapa göndər


Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası öz işini davam etdirir. Sessiya çərçivəsində dekabrın 4-də Komitənin sədri seçilmiş Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə növbəti iclas olub.
İclasda Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmaq üçün təqdim edilmiş nominasiyalar nəzərdən keçirilib. Komitənin məşvərət şurasının təhlili və tövsiyələri dinlənildikdən sonra Monqolustan hökumətinin təklif etdiyi kolleqrafiya (şaquli yazılmış hərflər) qovluğunun və Uqandanın Pakko xalqlarının adət-ənənəsinin UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salındığı elan edilib.
Monqolustan və Uqanda nümayəndələri bu qərara görə Komitəyə təşəkkürlərini bildiriblər.
Ə.Qarayev diqqətə çatdırıb ki, ümumiyyətlə, sessiyada bu günədək həmin siyahıya salınmaq üçün 11 nominasiyaya baxılıb, onlardan 4-ü qeydə alınıb.
İclasda məşvərətçi qurumun 2013-cü ildəki fəaliyyətinə dair hesabatı dinlənilib. Bildirilib ki, bütün sənədlər ümumi kriteriyaya uyğun olaraq qiymətləndirilir. Hesabat ətrafında fikirlər irəli sürülüb. Qeyd olunub ki, təqdim edilmiş sənədlərdə fəaliyyətlər müəyyən edilməli, məqsəd aydın göstərilməlidir.
Sonra ən yaxşı müdafiə təcrübələrində qeydiyyata seçilmə üçün təkliflər nəzərdən keçirilmişdir. Misir və İspaniya tərəfindən edilmiş bu təkliflər məşvərətçi qurumun tövsiyələri nəzərdən keçirildikdən sonra qəbul edilib.
Daha sonra beynəlxalq yardım üçün müraciətlər müzakirə olunub. İclasda Komitə tərəfindən bir müraciət nəzərdən keçirilib. Bu müraciətdə Pakistanın Buten xalq rəqsi üçün yardım edilməsi öz əksini tapıb. Məşvərətçi qurumun təhlili və nümayəndələrin təkliflərindən sonra layihə təsdiq edilib.
İclasın birinci hissəsi başa çatdıqdan sonra Qırğızıstan nümayəndə heyəti ilə Əbülfəs Qarayevin görüşü olub. Qonaqlar belə bir tədbirin təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını bildirmiş və xatirə hədiyyəsi təqdim ediblər.
Nahar fasiləsində qonaqlara milli mətbəx nümunələrimiz təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir
18.10.2019
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18.10.2019
Avropada icazəsiz aksiya təşkilatçılarını və iştirakçılarını pul cəriməsi və həbs gözləyir
18.10.2019
Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib
18.10.2019
Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info