Rusiyalı nazir “BakuTel-2013” sərgisi ilə tanış olub
Tarix: 04.12.2013 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforovun başçılıq etdiyi nümayəndə heyəti “BakuTel-2013” sərgisi ilə tanış olub.
Sərginin təşkilatçısı “İteca Caspian” şirkətindən bildiriblər ki, N.Nikiforov sərgidə Rusiyanın iri şirkətlərinin təmsilçiləri ilə söhbət edib, bir sıra yerli və xarici stendlə maraqlanıb. Rusiyalı nazir xüsusilə Azərbaycanın “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub. Qonağa fəaliyyətini operativlik, şəffaflıq, məsuliyyət və rahatlıq kimi prinsiplər əsasında quran “ASAN xidmət” mərkəzinin çoxsaylı xidmətləri və iş metodları nümayiş etdirilib.
N.Nikiforov sərgi barədə təəssüratlarını bölüşərək deyib: “Sərgi məni valeh etdi. Bu, sənayenin vacib hadisəsidir və sevindirici haldır ki, çoxsaylı şirkətlər hər il burada texnoloji tərəqqinin ən son yeniliklərini və nailiyyətlərini təkcə bu sahənin mütəxəssisləri və peşəkarlarına deyil, həm də sıravi ziyarətçilərə nümayiş etdirirlər. “BakuTel” sərgisinin məlumatlandırma və yeni texniki vasitələrin tətbiqi məsələlərində əvəzsiz rolunu yüksək qiymətləndirirəm”.




 
Bölməyə aid digər xəbərlər
18.11.2019
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri verilib
18.11.2019
9 rayonda şəhid ailələri və Qarabağ əlillərinə evlər verilib
17.11.2019
“Qala” qoruğunda ağacəkmə aksiyası keçirilib
16.11.2019
Məktəblilər Metronun təlim-tədris mərkəzində olublar
16.11.2019
Azərbaycanda bu şəxslər hər iş saatına görə 15 manat alacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10944

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
4 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
5 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info