Ermənilərin Azərbaycanla bağlı təxribatları baş tutmayıb
Tarix: 05.12.2013 | Saat: 14:49:00 | E-mail | Çapa göndər


4 dekabr tarixində Buenos-Ayresdə "Diplomatların Dostları Assosiasiyası", "Equilibrium Global" media şirkəti və "El Corte İngles" turizm agentliyi tərəfindən ənənəvi olaraq müxtəlif ölkələrin mədəniyyəti, kinosu və turizm potensialının təbliğinə dair birgə təşkil edilən "Kino-Müzakirə" layihəsi çərçivəsində Azərbaycanla bağlı tədbir keçirilib.
Məlumata görə, tədbirə La Plata Dövlət Universitetinin Beynəlxalq Əlaqələr İnstitutundakı "Azərbaycanşünaslıq kafedrası", habelə "Azərbaycanın Argentinalı Dostları Klubu" təşkilatı dəstək verib.
Tədbirin əsas hissəsi kimi Qarabağ xanlığının tarixindən bəhs edən "Hökmdarın taleyi" bədii filmi nümayiş etdirilib və filmlə bağlı fikir mübadiləsi aparılıb.
Tədbirdə giriş sözü ilə çıxış edən III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı olmuş "Equilibrium Global" media şirkətinin direktoru Diego Velazquez Azərbaycanının zəngin mədəni-incəsənət irsi barədə danışıb və təqdim ediləcək film haqqında məlumat verib.
Ardınca La Plata Dövlət Universitetindəki "Azərbaycanşünaslıq kafedrasının" əlaqələndiricisi professor Paulo Botta "Hökmdarın taleyi" filminin baş verdiyi XİX əsrin əvvəllərində Cənubi Qafqazdakı tarixi proseslər və bunun regiondakı sonrakı vəziyyətə təsiri barədə danışıb.
Sonra "Hökmdarın taleyi" filmi ispan dilində subtitrlərlə nümayiş etdirilib.
Tədbir çərçivəsində, habelə Azərbaycanla bağlı turizm videoçarxları da göstərilib, Azərbaycanın tarixi-mədəni irsinə dair ispan dilində materiallar, o cümlədən "El Corte İngles" turizm agentliyi tərəfindən hazırlanmış Azərbaycana turizm turu barədə paketlər paylanılıb. İştirakçılar bu kimi tədbirlərin regionun tarixi, habelə Azərbaycanın mədəniyyəti və reallıqları ilə tanışlıq üçün faydalı olduğunu bildiriblər.
Tədbir Argentina erməni icma təşkilatları, o cümlədən Erməni İnqilabçı Federasiyaı - Daşnaqsütun pariyasına bağlı Cənubi Amerika Erməni Milli Şurası və bu qurumun gənclər bölməsi olan Erməni Gənclər Birliyi tərəfindən dözümsüzlüklə qarşılanıb.
Tədbirin təşkil olunduğu binanın qarşısında kəskin etiraz aksiyası keçirən icma üzvləri tədbiri pozmaq üçün müxtəlif təxribatlara əl atıb, o cümlədən filmin nümayiş olunduğu zala daxil olmağa cəhd göstəriblər. Argentina hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində erməni tərəfinin təxribatlarının qarşısı alınıb və tədbir öz ahəngində davam edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir
18.10.2019
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18.10.2019
Avropada icazəsiz aksiya təşkilatçılarını və iştirakçılarını pul cəriməsi və həbs gözləyir
18.10.2019
Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib
18.10.2019
Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info