Azərbaycan və Çin arasında saziş imzalanıb
Tarix: 05.12.2013 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Dekabrın 5-də Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Xun Tsyuinin görüşü olub.
Görüşdə iki ölkə arasında dostluq münasibətlərinin və texniki-iqtisadi əməkdaşlığın inkişafı məqsədi ilə Çin hökumətinin Azərbaycana 30 milyon yuan (4.477.611 ABŞ dolları) məbləğində növbəti qrant yardımının ayrılması ilə bağlı texniki-iqtisadi Əməkdaşlıq Sazişi imzalanıb. Sayca 10-cu olan bu saziş Azərbaycana Çin istehsalı olan müxtəlif təyinatlı texnikanın gətirilməsini nəzərdə tutur.
Danışıqlar zamanı Baş nazirin müavini Abid Şərifov iki ölkə arasında əlaqələrin bütün sahələrdə yüksək səviyyədə olduğunu bildirmiş, qarşılıqlı ticarət dövriyyəsinin artdığını vurğulayıb. O qeyd edib ki, ötən il Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 900 milyon dollardan artıq olub. Baş nazirin müavinin demişdir: “Bu göstəricini daha da artırmaq üçün hər iki ölkənin böyük potensialı var. Azərbaycanda bir sıra Çin şirkətləri uğurla fəaliyyət göstərir və iqtisadi əlaqələr inkişaf edir”.
Çinin Azərbaycandakı səfiri Xun Tsyuin ölkələrimiz arasında münasibətlərin sıx dostluq və tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini qeyd edib. Səfir deyib ki, Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsinin həcmi bu ölkənin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmindən artıqdır. Diplomat belə müsbət göstəricilərin ölkələrimizin əlaqələri üçün daha geniş perspektivlər açdığını deyib.
Bu günə qədər Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında ümumi məbləği 245 milyon Çin yuanı (36.567.164 ABŞ dolları) olan 9 texniki-iqtisadi əməkdaşlıq sazişi imzalanıb. Bu sazişlər çərçivəsində 2012-ci ildə Azərbaycana Çin istehsalı olan kommunal təyinatlı 160-dan artıq texnika gətirilib. Hazırda tikinti sahəsində istifadə etmək üçün 155 ədəd texnikanın ölkəmizə gətirilməsi məqsədi ilə danışıqlar aparılır. Eyni zamanda, Azərbaycan əlavə olaraq kommunal təyinatlı 50 texnikanın alınması üçün Çin hökumətinə müraciət edib. Bundan əlavə, iki ölkə arasında imzalanmış texniki-iqtisadi sazişlər çərçivəsində “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” MMC-nin toxumçuluq təsərrüfatının maddi-texniki bazasının gücləndirilməsi üçün tələb olunan maşın, aqreqat və avadanlığın alınaraq muxtar respublikaya çatdırılması məsələsi ilə bağlı müzakirələr aparılır.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
XİN: Bəzi təşkilatların əsassız bəyanatlar yayması Azərbaycana münasibətdə ikili standartların tətbiqi kimi qiymətləndirilməlidir
21.10.2019
Xalq müxalifətə dəstək vermədi
21.10.2019
Əli Həsənov Baş Nazirin müavini vəzifəsindən azad edildi
21.10.2019
Baş Prokurorluq oktyabrın 19-da keçirilmiş qanunsuz aksiya ilə bağlı məlumat yayıb
21.10.2019
Rusiyada faşist Njdenin xatirə lövhəsinin sökülməsi ilə bağlı petisiya hazırlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info