Dünyanı xilas edən qəhrəman olmağın sirləri
Tarix: 05.12.2013 | Saat: 18:28:00 | E-mail | Çapa göndər


|

Bizə görə bu dünyadakılar iki qrupa bölünür - bu həyatda niyə yaşadığını bilənlər və bilməyənlər. Bu niyə yaşadığını bilənlər bütün həyatları boyunca özlərini yetişdirməyə, başqalarından seçilməyə, mükəmməlləşməyə güclü olmağa can atırlar. İkincilər haqqında isə danışmağa dəyməz, çünki onlar cinsi və qida tələbatlarını ödəməkdən başqa heç nə haqqında düşünmürlər.
Birinciləri, yəni seçilmək istəyənləri birləşdirən idealistlərin 1 məqsədi var: Dünyanı dəyişdirmək, yaxşılaşdırmaq. Özünü və sevdiklərini xoşbəxt etmək.
Cəmiyyətdəki çatışmazlıqları görən bu qrupa aid insanlar bütün həyatları boyu dünyanı düzəltmək, dəyişdirmək, daha da gözəlləşdirmək planları qururlar.
Mən də bu qrupa aid biri kimi dünyanı dəyişdirməyin sirlərini tapmışam və bu gün bu sirləri sizlərlə bölüşmək istəyirəm.
Diqqətli olun - bu gündən artıq dünyanı dəyişdirərək qəhrəman ola bilərsiz. Hər birinizin daxilində dünyanı xilas edən qəhrəman arzusunu reallaşdırmağın vaxtı catıb.
Qəhrəmanlar əslində adi adamlardır - onlar qeyri-adi hərəkətlərlə özlərini qəhrəmana çevirirlər.
Hər bir insanın daxilində qəhrəman olmaq ücün potensial var.
Qəhrəman olmaq ücün nə etməli, nədən başlamalı ?
Bütün dünyanın vətəndaşı olduğunuzu bilin. İnsan nə qədər az adam üçün yaşayırsa, o qədər cılızlaşır - unutmayın.
Hər kəsin və hətta özünüzün də bir gün öləcəyinizi bir saniyə belə unutmayın.
Gülməyin sizə enerji verdiyini unutmayın.
Özünüzü xoşbəxt edən işləri görün, çünki siz xoşbəxt olmadan heç kimi xoşbəxt edə bilməzsiz.
Kitab oxuyun, amma oxuduqlarınızın niyə yazıldığını anlayın və ordakı hər şeyə inanmayın.
Yerə tüpürməyin, zibil atmayın və ətrafınızdakıların da bunu etməsinə imkan verməyin.
Hər il 7 ağac əkin və sevdiklərinizin də 7 ağac əkməsinə calışın.
Həyatınızda qarşınıza çıxan problemlərdə ilk olaraq günahı özünüzdə axtarın. Özünüzdə günah tapmayana qədər kimsəni günahlandırmayın.
Özünüzə layiq görmədiyinizi heç kimə layiq görməyin.
Müqəddəs kitabları oxuyun və orda tövsiyə edilənlərə əməl edin.
Heyvanlara və quşlara qayğı göstərin, onların çoxalması ücün çalışın.
Həyatınızda heç kimə qarşı laqeyd olmayın, sizə qarşı laqeyd olanları isə həyatınızda saxlamayın.
Özünüzdə tənqid etmək mədəniyyəti formalaşdırın.
Tənqid etmək ücün mənəvi haqqınızın olub-olmadığını yəqinləşdirin.
Tənqid etməyə tərifləməkdən başlayın ki, insanlar obyektiv olduğunuza inansın.
Heç vaxt özünüzdən ağıllı və təcürbəli şəxsləri və görə bilməyəcəyiniz işləri tənqid etməyin.
Vicdanınızı eşitməyi öyrənin.
İnsanları xoşbəxt etməyə və bununla xoşbəxt olmağa çalışın.
Özünüzə qiyməti özünüz verin ki, heç kimin qiymətləndirməsinə ehtiyacınız olmasın.
İctimai nəqliyyatda yaşlılara, qadınlara, uşaqlara və əlillərə yer verin və yer vermək istəməyənləri uca səslə qınayın.
Ailəniz üçün təşkil etdiyiniz mərasimlərdə ifratçılıq etməyin. Edənləri də qınamaqdan çəkinməyin.
Paxıllıq etməyin, heç kimə də sizə paxıllıq etmək ücün səbəb yaratmayın.
Aldatmayın, aldanmayın, alçatmayın, ruhdan salmayın, qoxmayın, öz səhvlərinizi və zəifliklərinizi özünüzə etiraf edin.
Uşaqlarınızı onlara nümunə olmaqla, yetişdirin. Onların yanında siqaret cəkməyin, içki içməyin, yalan danışmayın, heç kimi pisləməyin.
Bütün bu dediklərimi əslində hamınız yaxşı bilirsiz, amma xanımlar və cənablar, bilmək azdır,bunları etmək lazımdır. Ən dəhşətlisi budur ki, biz onu necə xilas edəcəyimizi bilə-bilə dünyamızı xilas etmirik. Unutmayın, bütün böyük işlər xırda addımlarla başlayır. Düşünün - bu məqaləni 1000 nəfər oxusa və burda yazılanları icra etsəvə öz dostluğundakı 100 nəfərə bu məqaləni oxudub,onların da bunları etməsinə nail olarsa və onlar da paylaşarsa...
Hər birimizin daxilində potensial bir qəhrəman var - bu hərəkətlərlə o qəhrəmanı üzə çıxarmağın vaxtı gəlib. Siz və biz - hamımız bu dünyanı dəyişdirməyə qadirik. Bilirsiz niyə? Çünki bu dünyanı bu vəziyyətə salan da biz olmuşuq. Biz insanlar... Bu gündən bir çox şeyin düzələcəyinə inanıram. Siz də inanın.
Eşq olsun gələcəyin qəhrəmanlarına. Eşq!
Bu məqaləni oxuyub burda deyilənlərə əməl edən qəhrəmanlarla eyni planetdə yaşadığım ücün qürur duyuram!








 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
4 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
5 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info