Azərbaycan nümayəndə heyəti UNESCWA-nın Beynəlxalq konfransında
Tarix: 11.12.2013 | Saat: 13:39:00 | E-mail | Çapa göndər


Əl-Küveyt şəhərində BMT-nin Qərbi Asiya İctimai və İqtisadi Komissiyası (UNESCWA) ilə Küveytin Qadın Məsələləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq konfrans keçirilib.
UNESCWA Komissiyasının Qadın Məsələləri üzrə 6-cı Beynəlxalq konfransının işində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynovanın rəhbərlik etdiyi nümayəndə heyəti müşahidəçi statusunda iştirak edib.
Komitənin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində Hicran Hüseynovanın Küveytli həmkarı Şeyxə Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabah ilə görüşü olub.
Küveytin Qadın Məsələləri üzrə Dövlət Komitəsinin sədri Şeyxə Lətifə Əl-Sabah Azərbaycana səfəri və ölkəmizin birinci xanımı Mehriban Əliyeva ilə görüşü haqqında söz açaraq bu ziyarətin onun yaddaşında silinməz iz buraxdığını, xalqımıza böyük ehtiram və məhəbbət bəslədiyini vurğulayıb.
İki ölkənin müvafiq qurumları arasında səmimi dostluq münasibətlərinin mövcud olduğunu vurğulayan Şeyxə Lətifə Əl-Sabah bundan sonra da əlaqələrin inkişaf etdirilməsinin vacibliyini bildirib.
H.Hüseynova AQUPDK-nın Küveytin müvafiq qurumu ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini qeyd edib.
Sonra iki qurum arasında əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
AQUPDK-nın sədri son vaxtlar ölkəmizdə ailə, qadın və uşaq məsələlərinin həlli yollarında tətbiq olunan uğurlu mexanizmlər və dövlətimizin bu sahədəki təcrübəsi barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.
Elə həmin gün Hicran Hüseynova Küveytin əmək və ictimai məsələlər üzrə naziri xanım Tikra Ər-Rəşidi və bu ölkənin tanınmış xeyriyyəçisi və nüfuzlu ictimai xadimi, Küveyt Əlillər Cəmiyyətinin sədri Şeyxə Əl-Sabah ilə görüşüb.
Konfrans çərçivəsində Hicran Hüseynovanın Mərakeş, Sudan, Tunis, Fələstin, Misir nümayəndə heyətlərinin üzvləri ilə ikitərəfli görüşləri olub.
Azərbaycan nümayəndə heyətinin Küveytə səfəri yerli KİV tərəfindən geniş işıqlandırılmışdır. H.Hüseynova Küveytin nüfuzlu və çoxtirajlı “Əl-Ray” qəzetinə və “KTV-2” ingilisdilli televiziya kanalına eksklüziv müsahibələr verib.




 
Bölməyə aid digər xəbərlər
20.07.2018
Prezident Sercio Mattarellanın Azərbaycana səfəri İtaliya mətbuatının diqqət mərkəzindədir
20.07.2018
“İaşə müxalifəti” yenə ianə yalvarışları etdi
18.07.2018
Laura Mattarella “Şöhrət” ordeni ilə təltif edilib
18.07.2018
İtaliya ilə siyasi dialoq yüksək səviyyədədir
18.07.2018
Sözü bitən müxalifət

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9671

1 “Gücüm çatan qədər Azərbaycanın Pakistanda təbliğatını aparıram”
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info