Vaşinqtonda ümummilli lideriın xatirəsi ehtiramla anılıb
Tarix: 13.12.2013 | Saat: 13:01:00 | E-mail | Çapa göndər
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının onuncu ildönümü ilə əlaqədar onun əziz xatirəsi ABŞ-ın paytaxtı Vaşinqton şəhərində də anılıb.
Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin inzibati binasında - Ümummilli Liderin büstü önündə baş tutmuş anma mərasimində müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin keçdiyi zəngin və şərəfli həyat yoluna nəzər salınmış, onun Azərbaycan dövlətçiliyi və xalqımızın rifahı naminə gördüyü misilsiz işlər minnətdarlıq hissi ilə xatırlanıb.
Mərasim iştirakçıları qarşısında çıxış edən səfir Elin Süleymanov xalqımızın əbədiyaşar lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar haqqında söz açaraq, onun Azərbaycana xalqına qoyub getdiyi ən böyük mirasın məhz müasir, müstəqil və suveren Azərbaycan dövlətinin olduğunu bəyan edib. Diplomat sonrakı nəsillərin ümdə vəzifəsinin bu son dərəcə dəyərli mirası qoruyub-saxlamaq olduğunu deyib. O, həmçinin şəxsi xatirələrini bölüşərək, bu dahi şəxsiyyətlə təmasda olduğu hər bir anı böyük qürurla xatırladığını söyləyib.
Səfir Süleymanov, həmçinin Ümummilli Liderin cismən aramızda olmadığı son 10 ildə onun ən layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət sayəsində Azərbaycan dövlətçiliyinin daha da gücləndiyini, xalqımızın inanılmaz bir tərəqqiyə şahid olduğunu və Azərbaycanın malik olduğu geosiyasi qüdrətin real gücə arxalandığını qeyd edib.
Azərbaycanın ABŞ-dakı hərbi attaşesi, polkovnik Ağaverdi Quliyev öz növbəsində milli ordumuzun yaradılması, xüsusilə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində hələ sovet dövründən etibarən hərbi kadrların hazırlanması sahəsində əldə olunmuş uğurlar barədə danışıb.
ABŞ-dakı Azərbaycan icmasının təmsilçisi Həbib Azərsina ümummilli lider Heydər Əliyev ilə şəxsi təmaslarına istinadla qəlbində yaşatdığı xatirələri təbdir iştirakçıları ilə bölüşüb. O, Azərbaycan xalqının həmişə Heydər Əliyev kimi qüdrətli dövlət xadiminə malik olmasından qürur hissi keçirdiyini bildirib və onun əziz xatirəsinin Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda daim dərin hörmətlə anılacağını bildirib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini anma günü çərçivəsində, həmçinin Merilend ştatının ən böyük xeyriyyəçilik təşkilatı olan və yoxsulları qida ilə təchiz edən Merilend Qida Bankına ianə verilib. Qida Bankının hökumətlə əlaqələr üzrə direktoru Nensi Smitə Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən təqdim olunmuş rəsmi məktubda bu xeyriyyəçilik aktının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi ilə əlaqədar həyata keçirilməsinin təsadüfi olmadığı qeyd edilərək, Ulu Öndərin sosial vəziyyəti çətin olan təbəqələrə daim böyük qayğı göstərdiyi bildirilib.
N.Smit Azərbaycan hökumətinə təmsil etdiyi təşkilat adından dərin minnətdarlığını ifadə edərək, bu addımın çox yüksək qiymətləndirildiyini söyləyib. Nəhayət, səfirliyin müraciəti əsasında, Vaşinqton şəhərində yerləşən İslam Mərkəzində ulu öndər Heydər Əliyevin ruhuna dualar oxunmuş və ona Allahdan rəhmət dilənib.
Cümə günü isə səfirlik tərəfindən İslam Mərkəzində cümə namazının ardınca ehsan verilib.




 
Bölməyə aid digər xəbərlər
28.08.2014
Azərbaycan üçüncü ölkələrin onun qonşuları ilə münasibətlərinə xələl gətirməsinə yol verməyəcək
28.08.2014
“Azərbaycana münasibətdə bir dəyişiklik ola bilməz”
28.08.2014
İsmayıl Alper Coşqun: “Biz birlikdə dünyaya tarixi gerçəkliyi çatdırmağa davam edəcəyik”
28.08.2014
Misirdə “Qarabağ – Qafqazda sülh yolu” kitabı ərəb dilində çapdan çıxıb
27.08.2014
Serbiyanın xarici işlər naziri Bakıya gələcək

Şərh əlavə olunmayıb

    ,    
Zöhrə Əliyeva
Mehti KAMILOĞLU
İlkin Ağayev
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 1715

1 “Son vaxtlar xaricdə təhsil alan tələbələrimizin fəallığı çox yüksəlib”
2 Çin ABŞ-ı sərt şəkildə hədələdi
3 “Uşaq anadan olan gündən onun tərbiyəsi ilə məşğul olmaq lazımdır”
4 “Gerçək Azərbaycanın xəyalımızdakı Azərbaycandan daha gözəl olduğunu gördük”
5 “Lragir“: ”Yaxın 20 ildə Ermənistan əhalisinin üçdə ikisi yox olacaq”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info