Andrias Qukasyan: “Ermənistanı 2014-cü ildə iflas gözləyir”
Tarix: 13.12.2013 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


“Eurasia Daily Monitor”: “Robert Köçəryan və Serj Sərkisyanın həyata keçirdiyi siyasət nəticəsində Ermənistanın bütün iqtisadi aktivlərinə Rusiya nəzarət edir”

Vladimir Sokor: “Ermənistanın Rusiyadan olan asılılığını pul köçürmələri, miqrant axını kimi amillər daha da gücləndirir”

Türkiyə xarici işlər nazirinin İrəvan səfəri və erməni həmkarı ilə apardığı danışıqların detalları hələlik bəlli deyil. Sadəcə Türkiyə xarici siyasət idarəsinin başçısı Əhməd Davutoğlu bildirib ki, danışıqların mövzusunun sərhədlərin açılması müqabilində iki rayonun Azərbaycana qaytarılması təşkil etməsi ilə bağlı yayılan xəbərlər yalandır. Davutoğlundan sonra ABŞ dövlət katibi Con Kerrinin də İrəvana səfər edəcəyi bildirilir.
Ekspertlər hesab edir ki, Davutoğlundan sonra Kerrinin də səfər məsələsinin ortaya çıxması regionda Türkiyə-Rusiya-ABŞ üçlüyünün aktivləşməsinə işarədir. Ermənistanda prezidentliyə keçmiş namizəd, politoloq Andrias Qukasyan “Tert.am”a bildirib ki, Ermənistana beynəlxalq dəstək və maliyyə yardımı olmasa, ölkə 2014-cü ildə iflas olacaq: “Avropa ölkələri bir-birinin ardınca Ermənistana yardım edilməsini nəzərdə tutan donor konfranslarının keçirilməsindən imtina edir. Belə olan halda Rusiya donor rolunda çıxış edərək borcların təminatçısı kimi çıxış edib. Bu situasiyada Birləşmiş Ştatlar və Rusiyanın problemi ondadır ki, Serj Sərkisyan Qarabağ məsələsində nə qədər güzəştə getməyə hazırdır. Eləcə də Ermənistan-Türkiyə sərhədlərinin açılması nə qədər realdır. Ermənistan özünün deyil, Rusiyanın maraqlarından çıxış edir. Məsələ ondadır ki, Ermənistanın elektroenerji sistemi Rusiya şirkətlərinin nəzarəti altındadır. Halbuki elektrik enerjisi Ermənistanın Türkiyəyə sata biləcəyi yeganə məhsuldur ki, ona da ruslar nəzarət edir”. Yeri gəlmişkən qeyd edək ki, bu məsələlərlə “Eurasia Daily Monitor” jurnalında da məqalə dərc edilib. Mərkəzi qərargahı Vaşinqtonda yerləşən Ceymstaun Fondunun elmi əməkdaşı Vladimir Sokor nəşrə verdiyi açıqlamada deyib ki, Rusiya dövlət başçısının dekabrın 2-də Ermənistana etdiyi səfərdən sonra bu ölkənin Moskvadan olan asılılığı daha da artıb: “Putinin səfərinin ən əsas nəticəsi o oldu ki, Ermənistanın Rusiyadan siyasi-iqtisadi asılılığı daha da artdı. Ermənistanın Rusiyadan olan asılılığını pul köçürmələri, miqrant axını kimi amillər daha da gücləndirir. Bu amillər Ermənistanın Avropa İttifaqı ilə əməkdaşlığına mane oldu. Ermənistan bu amillərin yaratdığı məhdudiyyətlərə görə Avropa İttifaqı ilə assosiativ əməkdaşlıq haqqında saziş imzalaya bilmədi. Robert Köçəryan və Serj Sərkisyanın həyata keçirdiyi siyasət nəticəsində Ermənistanın bütün iqtisadi aktivlərinə Rusiya nəzarət edir. Onların siyasəti Qərb investisiyasının da Ermənistana daxil olmasının qarşısını alıb. Avropa İttifaqı buna qarşı Ermənistana heç nə təklif etmədi və edə də bilməzdi. Çünki Rusiya Ermənistanın bütün strateji sahələrinə, enerji sektoruna, nəqliyyat infrastrukturuna nəzarət edir. Avropa İttifaqı ancaq azad ticarət zonası təklif edirdi ki, bunun üçün də Vilnüs sammitində assosiativ əməkdaşlıq haqqında sazişi imzalamaq lazım ildi. Amma Rusiya Ermənistanın həmin sənədi imzalamasına imkan vermədi”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Məhrumiyyətlərdən çəkinməyən, hər bir təhdidə və təhlükəyə gedə bilən Heydər Əliyev bölünmə təhlükəsi qarşısında qalan bir dövləti yenidən qurdu
22.10.2019
196 nizamsız miqrant tutuldu
22.10.2019
Tramp Türkiyəni sanksiyalarla hədələyib
22.10.2019
ABŞ-ın energetika naziri dekabrın 1-i istefaya gedəcək
22.10.2019
Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi Misirdə qeyd edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info