Ukraynanı 20 milyard avro xilas edəcək
Tarix: 13.12.2013 | Saat: 23:54:00 | E-mail | Çapa göndər


Viktor Yanukoviç: “Kütləvi aksiyalarda saxlanılanların hamısı buraxılmalıdır”

Ukrayna paytaxtında prezident, baş nazir, hökumət üzvləri, müxalifət liderləri və keçmiş prezidentlərin iştirakı ilə toplantı keçirilib. “RİA Novosti”nin məlumatına görə, eks-prezident Leonid Kravçukun təşəbbüsü ilə təşkil olunan dəyirmi masada prezident Viktor Yanukoviç, baş nazir Nikolay Azarov, nazirlər, müxalifət liderləri Vitali Kliçko, Arseni Yasenyuk və Oleq Tyaqnibok, sabiq prezidentlər Leonid Kravçuk və Leonid Kuçma, eləcə də ictimai və dini xadimlər iştirak edir.
Müxalifət liderləri Müstəqillik Meydanındakı insanların razılığı ilə toplantıya qatıldıqlarını və öz tələblərini V. Yanukoviçə çatdıracaqlarını bildiriblər. Ukrayna prezidenti Viktor Yanukoviç kütləvi aksiyalar zamanı saxlanılan şəxslərin hamısına amnistiya elan olunmasını təklif edib. O bildirib ki, bu səhifəni çevirmək lazımdır: “Bu məsələni gündəmdən çıxarmaq lazımdır. Saxlanılmış insanlar buraxılmalıdır. Hətta barəsində həbs qərarı verilənləri də buraxmaq və bu münaqişəyə son qoymaq lazımdır. Noyabrın 30-na keçən gecə Müstəqillik Meydanında tələbələrin mitinqini dağıtmaq barədə qərarın qəbuluna bilavasitə üç nəfərin aidiyyəti var”. O, dəyirmi masadan əvvəl baş prokuroru dəvət edərək istintaqın gedişi ilə maraqlandığını söyləyib: “Yeni informasiya var, hələlik onu açıqlamaq olmaz. Lakin yaxın vaxtlarda məsələ aydınlaşdıqdan və hər şeyin necə baş verdiyi ortaya çıxdıqdan sonra istintaq sirr olmayacaqsa, bu, açıqlanacaq. Yalnız onu demək istəyirəm ki, həmin gecə meydanın yaxınlığında olan üç nəfər insan bilavasitə o qərarın qəbuluna cavabdehdir. Mən hesab edirəm ki, həmin insanlar baş verənlərə görə məsuliyyət daşımalıdır”. Bu arada “RİA Novosti” belə bir məlumat yayıb ki, Avropa İttifaqının rəsmiləri 2014-cü ilin yazında Ukrayna və Aİ arasında keçiriləcək ikitərəfli sammitdə Kiyevin Aİ ilə assosiasiya haqqında sazişi imzalayacağını gözləyirlər: “Avropa İttifaqının rəsmiləri sazişin 2014-cü ildə Ukrayna-AB sammitində imzalanacağına ümid edirlər”. Avropa İttifaqının komissarı Ştefan Füle Ukraynanın baş nazirinin birinci müavini Sergey Arbuzovla görüşündən sonra assosiasiya haqqında sazişin tətbiqi üçün “yol xəritəsi”nin hazırlanması və Kiyevi Beynəlxalq Valyuta Fondu ilə danışıqlarda dəstək göstərilməsinə dair razılığın əldə olunduğunu bəyan edib. Ştefan Füle bəyan edib ki, Ukrayna və Avropa İttifaqı assosiasiya haqqında sazişə dair danışıqları Rusiyasız aparmaq barədə razılığa gəliblər. Baş nazir Nikolay Azarov ölkənin aqrar sektorunun nümayəndələri ilə keçirdiyi görüşdə bildirib ki, Ukrayna kənd təsərrüfatı mallarının ixracı üçün əlverişli şərtlərə və 20 milyard avro məbləğində kreditin alınmasına nail olmaq üçün Avropa İttifaqı ilə assosiativ razılaşmanın imzalanması və Aİ ölkələri ilə azad ticarət zonasının tətbiqinə dair hazırlıq prosesini davam edir. N.Azarov qeyd edib, razılaşma layihəsinin şərtlərinə əsasən, Ukrayna şəkərinin ixracına məhdudiyyətlərin tətbiq edilməsi nəzərdə tutulur. “Macarıstanda bu yerli şəkər zavodlarının müflisləşməsi ilə nəticələndi. Siz istəyirsiniz ki, biz də bunu edək? Biz bunu etməyəcəyik” Onun sözlərinə görə, söhbət razılaşma müddəalarının dəyişdirilməsindən deyil, sadəcə onun tətbiq olunma mexanizmindən, yəni keçid müddəalarından gedir. N.Azarov etiraf edib ki, Avropa İttifaqı ilə danışıqlar aparılarkən Ukrayna hökuməti risklərdən xəbərdar idi, lakin o zaman Ukrayna iqtisadiyyatı yüksəliş dövrünü yaşayırdı. Baş nazirin hesablamalarına görə, hazırkı vəziyyətdə Ukraynaya normal şərtlərlə veriləcək 20 milyard avro lazımdır. Aqrar sektoru dövlət dəstəyindən məhrum etməkdən söhbət belə gedə bilməz, çünki Avropa dövlətlərində, xüsusən də, qonşu Polşada tətbiq edilən dotasiyalar Ukrayna ilə müqayisədə xeyli yüksəkdir”.




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Şamaxıda “ASAN xidmət” mərkəzinin tikintisinə 20 milyon 335 min manat ayrılıb
18.10.2019
Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır-Professor Yusif Babanlı
18.10.2019
Türkiyə-İran sərhədində atışma olub
18.10.2019
YAP-da Dövlət Müstəqillik Gününə həsr olunan yaradıcılıq sərgisi keçirilib
18.10.2019
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Qars şəhərində qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info